“Victoria’s Secret” brendinin modelləri mükəmməl vücuda sahibdir. Victoriyanın mələklərinə formada qalmağa dietoloq Vanessa Packer və məşqçi Justin Gelband kömək edir. Siz də mələklər kimi mükəmməl vücuda sahib olmaq istəyirsinizsə, Vanessa və Justinin dediklərini diqqətə alın:
Səhər yeməyinə sıyığ yeyin
Vanessa mələklərə yulaf yarmasından hazırlamış sıyığ yeməyi məsləhət görür. Sıyığa xüsusi ləzzət qatmaq üçün ona qoz-fındıq, giləmeyvə əlavə edə bilərsiniz.
Şəkərdən imtina edin
Modellər şəkərin dadını çoxdan unutmuşdur. Bizim orqanizm ona ehtiyac duymur. Qidalara şirin dad qatmaq istədiyiniz zaman təbii baldan istifadə edə bilərsiniz.
İdman hərəkətlərində dəyişiklik edin
Hər gün eyni idman hərəkətlərini etmək heç də yaxşı fikir deyil. Modellər fiziki yükü bu formada günlərə paylayır: bir gün kardioməşq, növbəti gün – yoqa, daha sonra isə stretçinq.
İdmandan sonra yaşıl şirə için
- 1 banan;
- 2 yaşıl armud;
- kərəvizin saplaqları;
- bir ovuc ispanaq və kahı;
- limon;
- təbii bal
Bütün ərzaqları blenderdə qarışdırın. Bu yaşıl şirə idmandan sonra su balansını bərpa üçün mükəmməldir.
Bəzən özünüzü sevindirin
Modellər «80/20» qaydasına riayət edir. Bu qaydaya əsasən 80 % balanslaşdırılmış sağlam qida qəbul etdiyiniz halda, 20 % sevdiyiniz qidalara yer verə bilərsiniz, lakin idman etmək hər zaman şərtdir.
Özünüzə istirahət verin
Yuxu rejiminizə diqqət yetirin. Gərgin iş günündən sonra özünüzü istirahətdən məhrum etməyin.