İri şəhərlərdə çox az sərnişin var ki, özünün işə elektriçka ilə gedişini zövqverici adlandırsın. Metro deyəndə insanın gözünün qabağına basabas, havasızlıq və sair bu kimi neqativ hallar gəlir.
Ancaq fransızların bəxti gətirib. Onlar işə Versalın möhtəşəm atmosferində gedə bilərlər.
Yeni layihəyə əsasən Paris metrosunda qatarlardan biri Versal sarayı stilində bəzədilib. Möhtəşəm əsərlər və qızılı abidələr qatarın vaqonunu bəzəyir. Hətta bir vaqonda kitabxananın surəti də var.
Qatarın divarları və tavanı son texnologiyalar əsasında hazırlanan və yüksək keyfiyyətli plastik plyonka ilə örtülüb.
Qeyd edək ki, bütün bu gözəlliklərin maliyyəsini Versal sarayı ödəyib.