Vazelin dəyəndə ağılımıza həmişə kiçik dəmir bir qutu gəlir, çünki əvvəllər forması elə idi və o şəkildə yaddaşımıza həkk olunub. Vazelin’ə sadə bir krem ​​olaraq baxmayın. Әmin olun ki, bir kremdən daha çoxunu bacarır.



1. Yapışan dırnaq boyası qapaqları qadınların kabusudur. Hər dırnaq boyası qapağında diş izi olur. Bu vəziyyətdən sıxılmısınızsa həlli çox sadədir! Dırnaq boyanızın şüşəsinin qapağı bağlanan üst hissəsinə bir az vazelin sürtün və bir daha belə bir problemlə qarşılaşmayın.



2. Dırnaqlarına boya çəkməyi sevən xanımların bir başqa problemi də dırnaqlardan daşan boyalarıdır. Barmağınıza boyanın daşmasını istəmirsinizsə dırnaq kənarlarınıza bir az vazelin sürtün… Xaricinə daşsa da silinməsi daha asan olacaqdır.



3. Ayaqlarınız çox qurudursa, xüsusilə qışda nə etsəniz fayda etmirsə, yatmadan əvvəl ayaqlarınıza bir az vazelin sürtün. Daha sonra corabınızı geyib yatağınıza girin. Səhərə qədər ayaqlarınız yumşaq olacaqdır.



4. Sırğa taxarkən qulaqlarınız yara olursa bunun da həlli çox sadədir. Həmin hissəyə vazelin sürtün və nəticədə ən sevdiyiniz sırğalarınızı taxmanıza maneə törədən heç bir şey qalmayacaqdır.



5. Ətirinizin tez uçmasından şikayətçisinizsə, həlli yenə vazelindir! Biləklərinizə bir az vazelin sürtün, daha sonra o bölgəyə ətirinizi sıxın. Qoxunun daha qalıcı olduğunu görəcəksiniz.