Hal-hazırda yaşadığımız dövrün hər şeyi sənayeləşdirməyə çalışması, insanların münasibətlərində get-gedə “fast food” məntiqi ilə davranması, dəyərli şeylərin yerini başqa və saxtalaşmış düşüncələrin alması acınacaqlı hal olsa da hələ də düşünərkən həzz aldığımız, ətrafımızda az da olsa qalan insancıl nələrsə mövcuddur. O bir-neçə dəyərli şeydən biri də uşaqkən yaşadığımız, saf olduğumuz üçün gerçəkliyi anlamadığımız vaxtlarda qalan kiçik amma dəyərli olan nüansları sizinlə bölüşmək istədim.

  1. Böyüdüyümüz ev
  2. “Niyə xatırlayacağıq ki?” dediyimiz indi darıxdığımız sinif mühiti
  3. Çoxlu çizgi film izləmək
  4. Uzaqda olan doğulduğumuz və böyüdüyümüz yer, bölgə
  5. Anamızım bizi səhər tezdən oyadıb, şirin çay içizdirib məktəbə göndərdiyi vaxtlar
  6. Ən böyük problemin anamızın saqqız və ya dondurma almağımıza icazə verməməsi
  7. Uşaqlığımızın keçdiyi məhəllə
  8. Gələcəyi düşünmədən, anlamadan yaşadığımız o anlar
  9. Atamızın evə gələrkən nəsə gətirməsi
  10. Velosiped sürmək və yıxılmaq
  11. Məhəllədə futbol oynamaq
  12. Nənəmiz və babamız
  13. Məhəllədəki dostlarınla dava edib 5 dəqiqə keçmədən təkrar barışmaq
  14. Tutduğumuz futbol komandası və futbolçuların şəkillərini toplamaq
  15. Qışda qarın yağması və qarda sürüşmək
  16. Məhəllədəki uşaqların qışqıraraq bizi evdən çağırması
  17. Qonşunun get başqa yerdə oyna səslənişi

 

Bu anları indi də yaşaya bilərik, amma nədənsə özümüzü böyümüş kimi aparmağa məcbur hiss edirik. Özümüzü bu qədər ciddi aparmağa ehtiyac yoxdur, çünki dünya o qədər ciddi bir yer deyil. O anları yenidən yaşamaq və canlandırmaq ümidi ilə…