Əvvəllər, təhkimçilik hüququ fəaliyyət göstərəndə, insanlar kasıb idilər ona görəki onların seçim hüququları yox idi. Yeganə variant – hiylə və yalan idi. Hindistanda kart sisteminə görə həmin şeylər baş verirdi.
Müasir dünyada isə yoxsulların bir çoxu kiminsə onların hüququnu pozmasına görə deyil, özlərində ağıl resurslarının çatışmazlığı, həmçinin tənbəl olub və bunu rahatçılıq hesab etmələrinə görə kasıb qalırlar.
Niyə belə alınır ki, zənginlər varlanırlar, yoxsullar nələri varsa onunla da qalırlar? Aldığı tərbiyə və ya təhsili gəlin hələlik bir kənara qoyaq, ən sadə və dəyişmək iqtidarında olduğu – vərdişlər üzərində dayanaq.
Məqalə infoqrafikanın motivləri əsasında hazırlanıb:
Sərvətə nail olmağın yolu hər bir kəs üçün fərqlidir, amma zəngin insanların vərdişləri götürüb, onları müqayisə etsək, onda onlardan nəsə ümumi bir nəticə çıxara bilərik. 2013-ci ildə Forbes dünyanın ən varlı şəxslərinin növbəti siyahısını dərc edib.
Onların arasında:
Karlos Slim, Ərəb əsilli meksikalı biznesmen, dünyanın ən zəngin adamı – 73 mlrd dollar.
Bill Qeyts – 67 milyard dollar.
Orteqa Аmansio (Zara) – 57 mlrd dollar.
Uorren Baffet – 53,5 mlrd dollar.
Larri Ellison (Oracle) – 43 mlrd dollar.
Araşdırma 233 varlı və 128 kasıb insanın gündəlik vərdişlərini tədqiq edən Tomas Korli tərəfindən aparılıb.
Müəyyən fəaliyyət qaydalarına riayət etmək.
Müəyyən işlərin siyahısının hazırlanması:
Varlı – 81%, yoxsul – 9%.
İşə getməzdən 3 saat və ya daha tez bir müddətdə oyanırlar:
Varlı – 44%, yoxsul – 3% .
Boş vaxtlar arasında audiokitablara qulaq asırlar:
Varlı – 63%, yoxsul – 5%
Münasibətlərin və əlaqələrin qurulmasına ayda 5 saatdan çox vaxt ayırırlar:
Varlı – 79%, yoxsul – 16%.
Gün ərzində yarım saat və ya daha da çox mütaliə edirlər:
Varlı – 88%, yoxsul – 2%.
Oxumağı sevir:
Varlı – 86%, yoxsul – 26%.
Sağlamlıq
Həftədə ən azı 4 dəfə fiziki işlə məşğul olur:
Varlı – 76%, yoxsul – 23%.
Qidalandıqları ziyanlı yeməklər, cubur – kaloridə ifadə olunarsa:
Varlı gündə azı 300 kkal, 75%-dən çox olmamaqla, yoxsul – 300 kkaldan artıq, demək olar ki, 100%.
TV-yə baxış
TV-yə baxış gündə 1 saatdan artıq deyil:
Varlı – təxminən 60%, yoxsul – 25% azdır.
Realiti-şoulara baxış:
Varlı – 5%, yoxsul – 75% artıqdır.
Uşaqların tərbiyəsi
Uğura səbəb olan, yaxşı və düzgün vərdişləri öyrədirlər:
Varlı – 74%, yoxsul – 1% .
Uşaqları həftədə 10 və daha çox saat könüllü kimi işləyir:
Varlı – 70%, yoxsul – 3%.
Ayda 2 və daha çox bədii kitab oxunmasını uşaqlara təşviq edir:
Varlı – 63%, yoxsul – 3%.
Məqsədlərin qurulması
Öz məqsədlərini yazırlar:
Varlı – 67%, yoxsul – 17%.
Konkret məqsədlərə nail olmaq üçün cəmləşirlər:
Varlı – 80%, yoxsul – 12%.
İnanırlar ki, hər zaman oxumaq lazımdır:
Varlı – 86%, yoxsul – 5%.
İnanırlar ki, düzgün vərdişlər imkanlar yaradır:
Varlı – 84% , yoxsul – 4%.
Bilirlər ki, pis vərdişlər neqativ təsir göstərir:
Varlı – 76%, yoxsul – 9%.
Demoqrafiya (Milyonçu sayı)
- Nyu-York – 389 000,
- London – 281 000,
- Paris – 219 000,
- Frankfurt – 217 000,
- Pekin – 213 000,
- Şanxay – 166 000,
- Honkonq – 187 000,
- Tokio – 461 000
- Osaka – 190 000
Forbes-a görə, dünyanın ən varlı adamları siyahısına düşən 400 amerikalıdan 68% sərvətini irsi olaraq deyil, özü qazanaraq əldə edib. Con Pol Dedjoriya (4 mlrd.dollar) öz maşında yaşayırdı və Pola Mitçelanın məhsullarını satırdı. Opra Uinfri (2,9 mlrd.dollar) yoxsulluq içində böyüyüb və yeniyetmə yaşlarında zorlamaya məruz qaldıqdan sonra evdən qaçıb.
Beləliklə, ola bilsin ki, yuxarıda izah olunan vərdişlərə riayət etmək sizi varlı etməsin, lakin onlar buna dəyər…