Əslində bu yerdə çox sözə ehtiyac yoxdur günü-gündən öz yaratıdığımız bataqlıqda batan təhsilimizə daha bir zərbə daha doğrusu bir neçə zərbədə elə özümüzdən gəldi.Əvvəl ‘Araz Kursları’ daha sonra ‘Türk Liseylərinin’ bağlanması xəbəri yerli mətbuatımız və bəziləri tərəfindən sanki heçnə olmamış kimi qarşılandı.Burda ən böyük zərbə öz təhsilimizə dəydi.Bu günə kimi türk liseylərinin şagirdlərinin səsi beynəlxalq olimpiyadalardan gələndə,medallar qazanılanda sanki bütün bunlar öz təhsil sistemimizin uğuruymuş kimi göstərilirdi.Lakin orta məktəblərimizin nail ola bilmədiyi uğurları eyni şagirdlərlə liseylər nail olurdu.Bunun sübutu kimi qazanılan nailiyyərləti saymaqla bitirmək olmaz.Bu təhsil müəssilərinin uğurları həm Ümummilli Liderimiz Heydər Əliyev həmçinin Cənab Prezidentimiz tərəfindəndə təsdiq olunmuşdur.Lakin liseylərin hazırki statusu təhsilimizə heç bir töhfə qatmamış bəzi təhsil müəssilərimiz kimi rüşvət yuvası kimi göstərilir.Hamımız bunun belə olmadığını bilirik.Belə olsaydı minlərlə insan bu günə kimi öz övladlarını bu sistemə əmanət etməzdi və hərkəsdə bu liseylərin fəaliyyətindən,sistemindən və kimə tabe olduğundan xəbardar idi.Burda olan yüksək təhsil mədəniyyəti,tələbə müəllim münasibətləri və bunun kimi bir çox müsbət hal inanmıram ki, azərbaycanda hər hansı bir təhsil müəssisəsində mövcud olsun.Əlbəttə bunun fəsadları bir neçə ildən özünü göstərəcək əgər bir tədbir görülməsə.Tədbir görsələr belə bu disiplini yenidən qura biləcəklərindən heç də əmin deyiləm.Olan yenədə özümüzə oldu.Və birdə ümidləri qırılmış hazırda liseylərdə oxuyan şagirdlərə.Artıq beynəlxalq arenada böyük bir boşluq bizi gözləyir.