Bəzi hisslər, duyğular və hadisələr var ki, onları ifadə etmək üçün uzun cümlələr qurmalı olursan, ancaq bir çox dillərdə elə sözlər də var ki, həmin söz özündə bir cümləni tamlıqla cəmləşdirir. Məsələn, elə aşağıda oxuyacaqlarınız kimi.
Lacuna (latınca) — İtmiş hissə, boş yer
Meraki (yunanca) — Gördüyün işi sevgi ilə etmək, ona özündən nə isə qatmaq
Eglaf — Mənası olmayan hər hansı söz
Ephemeral — Çox qısa müddət davam edən
Sirimiri (ispanca) — narın yağış, çiskin
Hoppipolla (irland dilində) — Gölməçəyə tullanmaq
Oblivion — Ətrafında olanlardan xəbərsiz olmaq
Abendrot — Qürub zamanı səmanın rəngi
Billabong — Yalnız yağışdan sonra olan su axını
Nonversation — Tamamilə dəyərsiz söhbət, qısa danışıq
Sortable — Utanmadan özünlə hər yerə apara biləcəyin insan
Nunchi — Başqalarının əhvalını ölçmək, olduğun mühiti başa düşmək
Textrovert — Üzbəüz danışıqlardan daha çox mesajlaşma zamanı özünü rahat hiss edən insan
Askhole — Mənasız suallar soruşan insan
Sarang — Ölənə qədər bir insanla birlikdə olmağı istəmək