Dünya şöhrətli Vanqa kimdir? Onun bu qədər məşhur olmasına səbəb nədir? Gələcək barəsində dediyi məlumatların neçəsi doğru olub? Bütün bu suallara məqaləmizdə cavab tapa biləcəksiniz. 🙂
Əsl adı Vangelia Pan Deva olan Vanqa 31 yanvar 1911-ci ildə indiki Makedoniya ərazisində dünyaya gəlmişdir. 7 aylıq doğulmuş, gözəl xəbərlər gətirəcəyinə inanıldığı üçün adını “xoş xəbər gətirən” mənasına gələn Vangelia seçmişdilər. Burada bir az yanlış var, deyəsən. Vanqanın proqnozlarının çoxu dünyada olacaq pis hadisələr haqqında idi. Onun ailəsinin çox qəribə hekayəsi var. Atasının bir müddət Yeddiqala həbsxanasında olduğu, anasının isə Vanqa 3 yaşındaykən vəfat etdiyi deyilir.
Vanqa 13 yaşında yağış seli zamanı torpağın altında qalması nəticəsində görmə qabiliyyətini itirmişdi. Bu hadisə onun həyatının dönüş nöqtəsi hesab olunur. Belə ki, görmə qabiliyyətini itirdikdən sonra gələcək haqqında proqnozlar verməyə başlamışdı. 1925-ci ildə Zemunda korlar məktəbinə qəbul olmuş, ögey anasının ölümündən sonra atasının yanına geri dönmüşdü. İlk proqnozu atasının itən qoyununun harada olduğunu müəyyən etməsi ilə bağlıdır. Heç vaxt görmədiyi kənddə, heç tanımadığı bir adamda olduğunu demişdi və bu həqiqət idi. Bundan sonra öncə görmələri onu məşhur etdi və adını tarixə yazdırdı.
Maraqlı olan o idi ki, Vanqaya dövlət tərəfindən dəstək verilirdi, hətta dövlət üçün çalışırdı. Proqnozlarının əksəriyyəti doğru çıxanda, o zamanlar parapsixoloji araşdırmalar məqsədi ilə yaradılan Sofya Parapsisizm və Təlqin Elm Kollegiyasında ona rəsmi tapşırıq verilmişdi. Burada Vanqaya özəl bir məkan təsis edilmiş və bunun sayəsində onunla görüşmək istəyənlər növbə alaraq qəbuluna düşə bilirdilər. Dövlət bu işinə görə ona maaş verirdi. Vanqanın gələcək haqqında dediyi proqnozların 80%-i baş vermişdir. Hitler onunla şəxsən görüşmüş, KKB daxil olmaqla bir çox gizli agentliklər də Vanqadan məlumatlar əldə etmişdilər.
Onun iki uşağı vardı, onlardan biri övladlıq idi. 1996-cı ildə döş xərçəngindən vəfat etmişdir. Vanqa özündən sonra bu qabiliyyətin Fransada yaşayan bir qıza ötürüləcəyini və onun doğulacağı tarixi, məkanı bildirmişdi. Bu mövzuya növbəti məqalələrin birində qayıdacağıq.
Vanqanın doğru olan proqnozlarından bəziləri:
“İki quş qüllələrlə toqquşacaq və göy üzü aydınlaşacaq.” Açıqlaması 11 Sentyabr hadisələrindən başqa nə ola bilərdi?
“Putinin qalibiyyəti dünyada hər şeyə təsir edəcək.”
”Amerikanın 44-cü prezidenti qaradərili olacaq. Ondan sonrakı prezident ölkədə və dünyada iqtisadi böhran yaradacaq. Dünyaya sülh yox, böyük fəlakətlər gətirəcək. Müsəlman ölkələri kimyəvi silah istifadə edəcək.”
“2014-cü ildə insanların yarısı xərçənglə mübarizə aparacaq.”
Onun gələcəklə bağlı öncə görmələri:
“2043-cü ildə dünyada islam ölkəsi hökmranlıq edəcək.”
”2046-cı ildə xəstə olan hər orqanın əvəzinə yenisi yaradılacaq.”
“2073-cü ildə kommunizm dünyaya hakim olacaq.”
“2097-ci ildə yaşlanmanın müalicəsi tapılacaq.”
“2167-ci ildə yeni bir din yaranacaq.”
“2304-cü ildə Ayın bütün sirrləri aşkarlanacaq.”
“3797-ci ildə Yer kürəsinin sonu olacaq. İnsanlar başqa planetə köçəcək və yeni bir həyat başlayacaq.”
Vanqanın gələcək haqqında olan bəzi proqnozlarını görə şansımız olmasa da, tarixdə bu qədər hadisəni doğru bilən insanın olması heyrətləndiricidir.