Bəlkə də, uşaq vaxtlarımızda məktəbdən evə qaçaraq gəlməyimizin, həftə sonları hər kəsdən əvvəl oyanmağımızın tək səbəbi cizgi filmləri idi. Warner Bros çizgi filmlərinin jenerik musiqisi əminik ki, hələ də çoxumuzun qulaqlarındadır. Şübhəyə düşənləri ya da dinləmək istəyənləri BURAYA dəvət edək. 🙂 Bu böyük çizgi film ailəsinə dair birdə bilinməyənləri öyrənmək istəyənlər isə, məqaləmizi oxumağa davam etsin.


“Bir pişik gördüm sanki!” cümləsi ilə yaddaşımıza həkk olunan sevimli Tweety, orijinalında sarı deyil çəhrayı rəngli idi və adı Orson’du.



Sylvester’ın Adı, çöl pişiyi mənasındakı silvestris sözünün bir neçə hərfinin oynanılması ilə ortaya çıxmışdır. Bu pişik hamımızın bildiyi kimi heç yorulmadan Tweety’nin arxasınca qaçır.



Məşhur Cadugər Witch Hazel həm Warner Bros həm də Disney cizgi filmlərində istifadə edilən tək qəhrəmandır.



Bosko, Looney Tunes’un ilk cizgi film qəhrəmanıdır. 1929-ci ildə tamaşaçıyla görüşmüşdür.



Wile E. Coyote’nin adındakı E, Ethelbert’ə işarədir.



Tweety’nin Dişi bir quş olduğu düşünülsə də, əslində Tweety Erkəkdir.



Tazmanya Canavarı sadəcə 5 qısa metrajlı filmdə görülmüşdür.



Porky Pig, əslində kəkələyən bir aktyor tərəfindən səsləndirilmişdir.



Duffy Duck 52 il boyunca Mel Blanc tərəfindən səsləndirilmişdir.



Bugs Bunny məşhurlaşana qədər Looney Tunes ailəsinin ulduzu Daffy Duck olmuşdur. İkili arasındakı bitmək bilməyən döyüşlərin səbəbi isə qısqanclıqdır.



Road Runner, Wile E. Coyote’ya heç bir şəkildə zərər vermir, sadəcə xəbərdarlıq mahiyyətindəki “bip bip” səsi ilə onun əsəblərini pozur.



Sylvester, Oscar qazanan beş cizgi filmindən üçündə yer almışdır.



Speedy Gonzales, bir müddət cizgi filmlərdən çıxarılmış, ancaq Amerikadakı uşaqlara müsbət rol model ola biləcəyi düşünüldüyü üçün yenidən daxil edilmişdir.



BONUS: