Ev heyvanı evə xüsusi harmoniya qatır. Pişik istilik və komfort, it isə şənlik və hərəkət qatır ümumi auraya. Ev heyvanı həm də bizim dostumuzdur.Heyvanlara qarşı bağlılıq və həssaslıq isə ən çox uşaqlarda olur. Aşağıda uşaqlara nə üçün ev heyvanının gərəkli olduğu səbəblər sıralanmışdır.
İşdən gələn ananı birlikdə gözləmək üçün.
Qutulara birlikdə yerləşmək üçün.
Bir-birini gəzdirmək üçün.
Bir-birini sakitləşdirmək üçün.
Bir-birinə nəzarət etmək üçün.
Birlikdə qaçışıb, birlikdə yorulmaq üçün.
Bir-birinə sığınıb yatmaq.
Birgə səyahət etmək üçün.
Yeni ili bir qarşılamaq üçün.
Ürəkdən şənlənmək üçün.
Məhəllədə dost-dosta gəzmək üçün.
Birlikdə xəyal qurub, hər şey haqda fikirləşmək üçün.
Bir-birini gülümsəməyə məcbur etmək üçün.
Birlikdə dincəlmək üçün.
Hərdən bir bir-birinə qarşı küsmək üçün.
Birlikdə günəşin altında qızınmaq üçün.
Təbii ki, həkim-xəstə oynamaq üçün.
Cizgi fimlərini seyr etmək var bir də…
Bir yerdə həyatdan zövq almaq üçün.