Bu gün biz yeni il qabağı uşaqlarla birlikdə edə biləcəyiniz bir neçə sadə, amma çox gözəl bəzək əşyaları seçdik. Yeni İl ərəfəsində sizə vaxt ayırıb ,uşaqlarla birlikdə aşağıda göstərilən bəzək əşyalarını etməyi tövsiyə edirik.
Lollipopdan asqı
Gəlin bu əsl konfet kimi görünən, və mütləq uşaqların xoşuna gələcək qeyri-adi yolka bəzəyindən başlayaq !
Sizə lazım olacaq
1.Müxtəlif rəngli fetr
2.Nazik lentlər
3.İsti yapışqanlı tapança
4.Konfet çubuqları
Addım – 1
Fetri uzunluğu 15 sm və eni təxminən 1sm olan olan zolaqlara bölün.
Addım – 2
6-7 dənə zolağı səliqəli formada bir birinin üstünə qoyun
Addım – 3
İndi isə üst üstə qoyulan zolaqları bükün
Addım 4:
Zolaqların ucunu isti yapışqan ilə möhkəmləndirin
Addım 5:
Və bundan sonra konfet çubuğunu yuxarıdan girdə formasında kəsilmiş parça ilə yapışdırın.
Perforasiyalı asqı
Bu bəzək ilk baxışdan çətin görünməsinə baxmayaraq, əslində onu balaca uşaq belə təkrarlaya bilər, əlbəttəki sizin köməyinizlə.
Sizə lazım olacaq:
1.Skrap-bukinq üçün olan kağız (adi ağ və ya rəngli kağızda olar)
2.Fiqurlu komposter;
3.Kley
4.Qızılı sap
Addım – 1:
Kağızı ortadan iki yerə kəsin və alınan bu düzbucaqlı dördbucaqlar sizə asqının formalaşması üçün lazım olacaq.
Addım 2:
Düzbucağın hər zolağı bəzəyin gözlənilən ölçüsündən iki dəfə uzun olmalıdır. Düzbucaqlı dördbucaqları xırda qarmon formasında bükün ,dirsəyinin eni isə təxminən 1 sm olmalıdır.
Addım 3:
Oğlunuza və ya qızınınıza qarmon formasında bükülmüş kağızın bir tərəfindən digər tərəfinə dəlik açmaq üçün fiqurlu komposterdən istifadə etməyi tapşırın.
Addım 4:
Balaca qayçı ilə qatların ucunu yüngülcə girdələşdirin
Addım 5:
İndi sizin əlinizdə qarmon formasında qat-qat bükülmüş iki dənə kağız parçası olmalıdır.
Addım 6:
Həmin qatları bir-biri ilə calaşdırın və ip ilə bağlayın, ip kifayət qədər uzun olmalıdır çünki onun vasitəsi ilə bəzək əşyası asılacaq
Rəngli çələng
Siz bu bəzək əşyasını etmək üçün uşaqları cəsarətlə cəlb edə bilərsiniz, çünki bu onlar üçün çox əyləncəli və şən məşğuliyyət olacaq.
Sizə lazım olacaq:
1.Rəngli kağız (parıltılıda olar bilər, belədə çələng bayram abu-havasını daha da çox əks etdirəcək);
2.Kağız üçün qayçı;
2.Kley (skotç və ya stepler)
Addım – 1:
Rəngli kağızIn hər vərəqini yarıya bölmək lazımdır. Əgər sizin uşağınız 3,5 -4 yaşdan yuxarıdırsa bunu ona ürəklə tapşırmaq olar.
Addım 2:
Rəngli kağızın bir yarısın götürün, sonra da sol kənardan 1sm məsafə qoyun və kəsin , amma sona qədər kəsməyin.
Addım 3-4:
Kağızınız qurtarana kimi kəsimlər etməyə davam edin
Addım 5-6:
Kəsiklər olan kağızı elə döndərin ki, onlar yuxarı “baxsınlar”. Şaquli kəsiklər etməyə davam etmək lazımdır, amma beləliklə ki, onların hər biri yuxarıdakı “quyruqların” düz ortasında olmalıdır .
Addım 7:
Beləliklə, bu hərəkətləri digər düzbucaqlı rəngli kağızlar üçün təkrarlamaq lazımdır. Kağızları fərqli tərəflərə dartıqdan sonra sizdə ziqzaqlar əmələ gələcək.
Addım 8:
Yapışqan və ya skotç köməyi ilə hazırladığınız çələnkləri bir birinə birləşdirmək lazımdır və sizin uşağnız tamamilə bu vəzifənin öhdəsindən gələ bilər.
Belə bir çələnglə divarları və pəncərəni hətta yolkanı belə bəzəmək mümkündür, lakin tavanın altında böyük sayda sallanan bucür “qarmonlar” evinizə xüsusilə gözəllik qatacaqdır.
Sizə xoş bayramlar!