Uşaqların düşüncələri stereotiplərdən uzaqdır, onlar yalnız gördüklərini və hiss etdiklərini söyləyir. Bu səbəbdəndə onların fikirləri böyük məna daşıyır. Onlar «sevgi nədir?» sualına belə cavab verir:
«Sevgi nədir? Sevgi odur ki, kimsə səni sevir və adını başqa cür səsləndirir. Sənin adın onun dilində özünü xoşbəxt hiss edir». (Billi, 4 yaş)
«Nənəmdə artrit yaranmışdı və o artıq əyilib ayaq dırnaqlarına boya çəkə bilmirdi. Babam nənəm üçün bunu etməyə başladı. Babamın əllərində artirt yarandığı günlərdə belə bunu etməyə davam etdi. Sevgi budur». (Rebekka, 8 yaş)
«Sevgi odur ki, sən qızardılmış kartofunu başqası ilə paylaşırsan və qarşılıq gözləmirsən». (Krissi, 6 yaş)
«Sevgi yorğun olduğun zamanlarda belə səni güldürən şeydir». (Terri, 4 yaş)
«Sən oğlana onun köynəyini bəyəndiyini deyirsən, o isə həmin köynəyi hər gün geyinməyə davam edir. Sevgi budur». (Noel, 7 yaş)
«Sevgi ananın ataya toyuğun ən yaxşı hissəsini verməsidir». (Eleyn, 5 yaş)
«Sevgi ananın atanı çirkli və tərli olduğunu gördüyü halda, atanın Robert Redforddan daha yaraşıqlı olduğunu deməsidir». (Kris, 8 yaş)
«Sevgi itini gün ərzində tək qoyduğun halda belə onun səni yalamasıdır». (Mari Enn, 4 yaş)
«Kimisə sevirsən və onu gördükdə kipriklərin qalxır və onların altından ulduzlar uçur. Bax, bu sevgidir». (Keren, 7 yaş)
«Sevgi ananın ata üçün hazırladığı qəhvənin ləzzətli olduğundan əmin olmaq məqsədilə dadına ilk öncə özünün baxmasıdır». (Mark, 7 yaş)
«Əgər sevmirsənsə, “səni sevirəm” deməyə ehtiyac yoxdur, ancaq bu həqiqətdirsə, bunu tez-tez təkrarla, çünki sevdiyin adam bunu unuda bilər». (Cessika, 8 yaş)
«Mən bilirəm ki, mənim böyük bacım məni çox istəyir, çünki o bütün köhnə əşyaların mənə verir və özü üçün yenilərini almalı olur». (Loren, 4 yaş)
«Qız üçün böyük üzük və kamera almağa kifayət qədər pulunuz yoxdursa, onu əsla öpməyin, çünki o mütləq toyun videosunu çəkmək istəyəcək». (Denis, 10 yaş)