Uşaqlığınızda sevildiyinizi hiss etdiyiniz anları xatırlayırsınızmı? Bir az düşünün… Bəlkə ən xoşbəxt anlarınızın ailənizlə getdiyiniz bir tətil, ananızdan və ya atanızdan gördüyünüz xüsusi bir diqqət olduğunu xatırlaya bilərsiniz. Övladınıza sevildiyini xatırlatmaq üçün nələr edirsiniz, hansı tezliklə ona sevildiyini xatırladırsınız? Ümumiyyətlə ən dəyərli anlar kiçik şeylərin birləşməsidir. Övladınıza hər gün onu sevdiyinizi fərqli yollar ilə göstərdiyiniz zaman ona gələcəkdə xatırlayacağı çox böyük bir hədiyyə vermiş olacaqsınız


   1. Cib telefonlarınızı bağlayın.
   Evə gəldiyinizdə və ya uşağınız məktəbdən qayıdarkən ağıllı telefonlarınızı səssizə alın və ən az yarım saat bütün diqqətinizi uşağınıza yönəldin. Övladınız sizinlə gün içərisində yaşadıqlarını paylaşarkən diqqətinizin gələn bir mesajla və ya sosial şəbəkələr ilə dağılmadığını gördüyü üçün özünü dəyərli hiss edəcəkdir.


   2.Yemək zamanında TV və digər bu kimi cihazları söndürün.
   Yemək süfrəsi bütün ailənin fikirlərinin paylaşması üçün dəyərli bir zaman dilimidir. Bu səbəblə yeməyə oturmadan hər kəs telefonunu ortaq bir qutuya qoysun və yemək boyunca istifadə etməsin. İlk zamanlarda telefonsuz və ya TV suz yemək yemək çətin gələ bilər amma zamanla hər kəs bu vəziyyətə alışacaqdır.


   3. Yuxu zamanı dəyərli bir an olsun.
   Hər gün yatmazdan əvvəl övladınıza hekayə kitabı oxumaq və ya bir mahnı oxumaq övladınız ilə aranızdakı özəl bağı qüvvətləndirəcəkdir.


   4. Övladınıza fiziki yaxınlıq göstərin.
   Uşaqlar valideynləri onlara sarılanda, kürəklərinə sığal çəkəndə, onları öpəndə sevildiklərini və qiymətli olduqlarını hiss edirlər. Fiziki olaraq sevgisini göstərən valideynlərin uşaqları daha sağlıqlı və daha az aqressiv olur. Yeniyetmələr fiziki təması çox sevmirlər. Ona görə bu vəziyyətə hörmət göstərək sevginizi dəstək cümlələri ilə ifadə edə bilərsiniz.


   5. Hər bir uşağınız ilə fərdi zaman keçirin.
   Əgər birdən çox uşağınız varsa hər biri ilə fərdi zaman keçirməyiniz uşağınızı daha özəl hiss etdirəcəkdir.


   6. Uşağınızla sevgi və şəfqət ilə rəftar edin.
   Günümüzdə hələ də uşaqlarına fiziki cəzalar vermənin doğru və təsirli olduğunu düşünən valideynlər var. Ancaq unutmayin ki, şiddət, şiddəti doğurur. Sağlam tərbiyə üsulunda əsla sevgini məhdudlaşdırmaq və ya sevgini geri çəkmə üsulu ilə uşaq cəzalandırılmamalıdır.Uşağınızın davranışlarının təbii nəticələrini yaşamasına icazə verməniz çox əhəmiyyətli və ən təsirli üsuldur.


   7. Övladınızla göz təması qurun.
   Uşaqlarla ən yaxşı şəkildə ünsiyyət qurma yolu gözlərinin içinə sevgi dolu bir şəkildə baxaraq danışmaqdır. Xüsusilə günümüzdə hər kəs ən çox telefonu və ya tableti ilə göz əlaqəsi qurduğu üçün bu ipucu, uşağınız ilə olan əlaqənizdə çox vacibdir. Uşağınız onunla danışarkən həqiqətən onunla maraqlandığınızın və ona dəyər verdiyinizin fərqinə bu şəkildə varacaqdır.


   8. Tez-tez gülümsəyin.
   Uşağınız yanınıza gələndə onu gülümsəyərək qarşılama dərhal uşağınızın rahatlaşdıracaq və onun varlığından xoşbəxt olduğunuzu, sevildiyini hiss etdirəcəkdir.


  9. Övladınız üçün yaxşı bir nümunə olun.
  Unutmayin ki, uşaqlar mükəmməl təqlidçidirlər. Bu səbəblə uşağınızda dəyişdirmək istədiyiniz davranışları əvvəlcə özünüzdə dəyişdirin.


  10. Qərarlarınıza övladınızı da daxil edin.
  Övladınızın daxil ola biləcəyi qərarlarda (tətil üçün gedəcəyiniz yer, doğum günü üçün tort seçimi ) mütləq onun da fikrini öyrənin.Belə uşaq fikirlərinə önəm verildiyini hiss edəcəkdir.


  11. Övladınızla birlikdə oyun oynayın.
  İşləriniz olduqca çox ola bilər, ancaq mütləq oyun oynamaq üçün zaman ayırın. Çünki uşaqlar, valideynləri ilə keçirəcəkləri sakit, sərbəst oyun zamanına ehtiyac duyarlar.


  12. Övladınızın əhvalının olmadığını gördükdə aktiv rol alın.
  Övladınızın əhvalının olmadığını gördükdə, keçməsini gözləmək yerinə mütləq uşağınızla ünsiyyət qurarak nə hiss etdiyini öyrənin.


  13. Övladınızın sizin üçün hazırladıqlarını saxlayın.
  Övladınız sizə çəkdiyi bir rəsmini, gülməli bir hekayəsini verəndə onu mütləq saxlayın. Övladınıza saxladığınız əsərlərini mütləq göstərin.


  14. Övladınızın hekayələrini bölmədən dinləyin.
  Övladınız dostları ilə olan bir şeyi sizə danışarkən bacardıqca onu bölmədən dinləyin. Әgər bir şey danışarkən valideynlərinin diqqətinin dağıldığını və ya maraq göstərmədiklərini hiss edərlərsə uşaq özünü dəyərsiz hiss edər.


“Xoşbəxtlik həyatın mənası və məqsədi, insan varlığının bütün hədəfi və qayəsidir” Aristotel