Kiçik paylaşımlar uşaqlarda ən böyük təsiri buraxa bilər. Bəzən gündəlik qayğılar içərisində uşağınızla əlaqəniz üçün əhəmiyyətli fürsətləri qaçıra bilərsiniz. Ona görə uşağınız ilə paylaşacağınız vaxtı bir nizama oturdun. Hər gün və ya ən azından hər həftə uşağınızla baş-başa edəcəyiniz bir fəaliyyəti planlayın. Bu fəaliyyət birlikdə futbol izləmək kimi daha çox üz-üzə söhbət imkanı doğura biləcək fəaliyyətlər ola bilər.
- Uşağınızla etdiyiniz fəaliyyətə dair məlumat və qaydaları uşağınızla paylaşın. Məsələn bir basketbol yarışının qaydalarını yarış başlamazdan əvvəl uşağınıza izah edin.
- Tez-tez mesajlar buraxın. Uşağınızın yatağının başına, məktəb çantasına, süfrədəki boşqabının yanına pozitiv bir cümlə, bir lətifə və ya yalnız səni sevirəm qeydləri qoyun…
- Uşağınıza yüksək səslə kitab oxuyun. Kiçik yaşlı uşağınıza yuxu vaxtından əvvəl bir hekayə kitabı, böyük yaş uşağınız ilə isə ikinizin də maraq sahəsi olan bir kitab seçərək sırayla oxuya bilərsiniz.
- Uşağınızla rəqs edin.
- Oxuduğunuz kitablar üzərindən uşağınızla bir söhbət mövzusu yaradın və ondan suallar soruşun. Sən nə edərdin? Sən necə hiss edərdin? Bu sualların cavablarına müdaxilə etmədən onu dinləyin.
- Sürprizlər edin. İldə bir, iki dəfə belə olsa işdən tez gəlin, işə yarım gün getməyərək uşağınızla əyləncəli bir fəaliyyət qurub onu sevindirə bilərsiniz.
- Uşağınızı iş yerinizə aparın. Onlardan uzaq ikən iş yerinizdə nələr etdiyinizi ona göstərin.
- Foto albomlarınıza baxın. Həm öz uşaqlığınız, həm də uşağınız haqqında xoş xatirələri danışın. Xoşbəxt anları yenidən yaşayın.
- Həftədə bir dəfə səhər yaxud axşam uşağınızla birlikdə yemək hazırlayın.
- Uşağınız üçün əhəmiyyətli olan maraqlarında, əhəmiyyətli günlərində hər zaman yanında olun. (konserti, ad günü, yarışı, sərgisi və s.)
- Uşağınızı bolca qucaqlayın. Әgər uşağınız yetkinlik yaşındadırsa və qucaqlaşmaları sevmədiyini söyləyirsə ona anlayış göstərin və fiziki təmasınızı azaldın.