V & A Uşaq Muzeyində (London, İngiltərə) açılan yeni bir sərgidə ziyarətçilərə möhtəşəm bir layihə təqdim edilmişdir. Layihəni qısaca izah edəcək olsaq, sentyabr ayında 60 uşaq dəvət edilmiş və xəyal etdikləri dostlarını detallı bir şəkildə izah etmələri istənmişdir. Bu izahlardan sonra isə dünyaca məşhur dizaynerlər bu virtual dostları həqiqətə, yəni fiziki oyuncaqlara çevirmişlər. Layihədən bir neçə nümunəyə aşağıda baxa bilərsiniz.
Bildirchin.az olaraq xəyal gücünün uşaqlara irəlidə böyük qazanclar təmin edəcəyini düşünürük. Bu səbəbdən uşaqları xəyal güclərindən istifadəyə təşviq edən bu cür layihələrin artması diləyi ilə… 🙂