Dünyanın ən gözəl möcüzəsi bir insanın dünyamıza gəlişidir. Valideyn olan hər bir şəxs bu hissləri çox gözəl bilir. Olmayanlara da qismət deyib, sizlərlə paylaşırıq. 🙂
Uşaq doğulduqdan sonra valideynlər…
1. Bir günün 23 saat 56 dəqiqə 4 saniyə olduğunu anlayırlar.
2. Ətriyyatçı filmindəki Jan Batistə çevrilirlər. Həyatlarındakı hər şey qoxu ilə əlaqəli olur. Uşaq pudrası qoxusu, uşaq bezi qoxusu, nəm salfet qoxusu, uşaq yağı qoxusu. Uşağın batırmasını uzaqdan hiss etmə və təbii ki, uşağın öz gözəl qoxusu.
3. Plan qurmağa əlvida deyirlər, çünki uşaq sürprizlərlə doludur. 8 saat içində heç narahat etmədən yata da bilər, 2 saat ərzində 4 dəfə yemək yeyə də bilər.
4. Təbii termometrə çevrilirlər. Suyun istiliyini, otağın\çölün havasının istiliyini, uşağın istiliyini, hətta öz istiliklərini və gələn qonağın uşağa münasibətindəki istiliyi ölçüb deyə bilərlər.
5. Uşağın gülüş və digər emosiyaları getdikcə öyrənməsinə, amma doğuşdan ağlaya bilmə istedadına sahib olmasına heyrət edirlər. Və bir də uşağın saitləri doğuşdan səsləndirə bilsə də, samit səsləri böyüdükcə ifadə edə bilməsini öyrənmiş olurlar.
6. Həyatlarında ilk dəfə bir körpədə heç bir qüsur və heç bir eybəcərlik görmürlər.
7. “Uşaq 2 aylıqda görməyə başlayır”, “3 aylıqda eşitməyə başlayır” kimi sözlərə inanmamağa tamamilə əmin olurlar. Həm də “uşaq neçə yaşında gəzər”, “neçə yaşında danışar” kimi mövzuları unudub bunu zamana buraxmağa başlayarlar.
8. Eyni növ çağırışa fərqli məqsədlər üçün gedirlər.
Acmışam – ağlamaq.
Batırmışam – ağlamaq.
Üşüyürəm – ağlamaq.
Beli üstə yatmaqdan yoruldum – ağlamaq.
Yanımda kiminsə olmasını istəyirəm – ağlamaq.
Gəl, bir baş çək, get – ağlamaq.
Gəl, sən gələnə kimi mən yarı yolda yatmış olacam – ağlamaq.
9. Ana atanı qısqanmağa başlayır. Ata hər şeyi yeyə bildiyi halda ana süd verdiyinə görə istədiyi hər şeyi yeyə bilmir, ki bu hamiləlik zamanı da belə idi.
10. Bundan sonra dünyaya, qorxmağa dair heç bir fikri olmayan uşağın qorxmaması üçün işıqlı otaqda yatmalıdırlar.
11. Qaynanmış təmiz su ehtiyatı görürlər. Uşaq ağlayarkən əlindəki sosqanı içindəkini soyutmaq üçün yelləyərək gəzmək sıradafyn bir hala çevrilir. Hələ bu an uşaq qucağındadırsa və onun gözlərini görürsə ürəklər paramparça.
12. Yalnız onların tam anlamı ilə başa düşdüyü bir övlada sahib olurlar.
13. Hər anlarının, hər saniyələrinin gələcəkdə gülərək danışacaqları bir xatirə olacağını yaxşı bilirlər.
14. Düz 2 il sözsüz, heç bir ifadəsiz onları səmimi gülüş və qəhqəhələrə qərq edən bir varlıq ilə yaşayırlar.
15. Evlərindən ailə dadı alırlar. 🙂
Yalnız sevgi üzərində qurulan ailədə övlad sevgini daha da artıra bilər…
Məqaləni göndərdi: Ramin Ağaquliyev