Danielle Guenther bir ailə fotoqrafıdır. Kiçik uşaqları olan ailələrin fotoşəkillərini çəkərkən yaşadıqları çətinliklərə şahid olur. Bəzən ana və ya ata əldən düşmüş olur, bəzən isə uşaqlar bir an olsun yerlərində dayanmırlar. Özü də bir ana olduğu üçün ana-ataların halından anlayan Danielle’nin bir gün ağlına parlaq bir fikir gəlir və ailələrin təbii hallarını canlandırmağa başlayır.
Çəkdiyi bir neçə şəkil internetdə böyük maraqla qarşılaşınca da belə fotoşəkillər çəkdiyi “Best Case Scenario” adlı fotoşəkil layihəsinə başlayır. Bu layihə daxilində ailələrin gerçək həyatdakı hallarına, zəhlətökən bir dünyagörüşü da qataraq, canlandırır.
Bu seriyadan 18 əyləncəli fotoşəkilə aşağıda baxa bilərsiniz. Əminik ki, bu fotoşəkillərdə özünüzdən də bir şeylər tapa biləcəksiniz. 🙂