Dünyada daha bir Diktator – Venesuelanın prezidenti Uqo Çavesin həyatdakı rolu bitdi. Venesuellıların dərin hüzünlərinə nəzər salsaq onun heç də qəddar bir insan olmadığını, əksinə, xalqı tərəfindən sevilən birisinin olduğunu görürük. Siyasi həyata 1992-ci ildə çevrilişə cəhd etməklə gəlmişdir və buna görə bir müddət həbsxana həyatı sürmüşdür. Çaves ölkə siyasətini dəyişməyə bir neçə dəfə cəhd göstərmişdir və nəticədə buna nail olmuşdur. Yeni konstitutsiya, 21-ci əsr konstitutsiyası, öz dünyasına xas anti-Abş siyasəti və çevriliş Çavesi 2002-ci ildə onu öz ölkəsinin Kumirinə çevirir. Prezidentin qarşısını ancaq xəstəlik və ölüm ala bilərdi. 2 il həyatla mübarizə apara bilmişdir, lakin ölümcül xərçəng xəstəliyinə güc gələ bilməmişdir