Goldman Sachs Elevator adlı tvitter-akkauntun sahibi Uoll-Strit yaxınlığında tez-tez olur. Həmin insanın adı Con Lefevrdir. Bu yazılarda o, Uoll-Strit birjalarının liftində eşıtdiyi maraqlı sitatları toplayıb:
1. Mən hər telefon danışığımı “Mənim telefonum tez bir zamanda sönəcək, buna görə də qısa və cəld danışmalı olacağıq“ sözlərindən başlayıram.
2. Bir insana balıq tutmağı öyrət, amma o, yenə də üstünlüyü sənə yox, balığı ona müftə gətirib verənə üstünlük verəcək.
3. Əgər sizin yaxşı metobolizminiz, gur saçlarınız və yaxşı işiniz varsa, evlənməyə tələsməyin – 10 il gözləyin və öz seçiminizi edin.
4. Təbii ki, mən səninlə razılaşardım, amma onda hər ikimiz haqsız olacağıq.
5. Çirkin yaxud gözəlliyi ilə seçilməyən insanlar mahnı oxuyan zamanlar mahnıların dinlənildiyi dövr kimi yadda qalacaq.
6. Əgər məni işdən qovsalar, bunula həyat yoldaşımın etibarlılığın yoxlamaq olar, yox əgər mənim vəzifəmi yüksəltsələr, bununla mənim etibarlılığımı yoxlamaq olar.
7. Məşhur insanların bir çoxunun heç ali təhsili yoxdur. Bu zaman mühüm məsələlər haqqında onların fikrini bilməyin nə əhəmiyyəti var?
8. Yalnız neandertallar fiziki zorakılıq törətməyə meyillidirlər. Mən isə insanları mənəvi aşılamağa, ruhsal olaraq sındırmağa və ümüdünü kəsməyə üstünlük verirəm.
9. Həmsöhbətini dinləmək prosesinin yarısı öz növbəni gözləməkdən, yarısı isə hər 10 saniyədən bir üz ifadəni dəyişməkdən ibarətdir.
10. ”Bir dəqiqənizi ala bilərəm?“ ifadəsini eşidəndə anlayıram ki , mənim ən azı yarım saatımı alacaqlar məndən.
11. Yalan sözə yalanla cavab verərlər. Bu ən yaxşı üsuldur.
12. Pul insanları xoşbəxt etmir, ancaq onların bədbəxtliklərinin səbəbinin 90%-ni pul həll edir.
13. Sosial şəbəkələrdə Nelson Mandelanın ölümünü müzakirə edən insanların 98%-i onun həyatı haqqında ən elementar suallara cavab verə bilmirlər.
14. Çox təəssüf ki, axmaqlıq onu daşıyanlara heç bir ağrı vermir.
15. Bir zamanlar yararsız və yaramazları yığıb bir yerə kimsəsiz adaya göndərirdilər, indi isə onlardan uzaq durmaq üçün özün kimsəsiz adaya baş tutmalısan.