Xatirələrimiz olmadan həyatımızın necə olacağını heç düşünmüsüzmü? Bizi biz edən hər şey bir anda yox olardı. Özünüzü bir puzzlə kimi düşünün. Məhz o xatirələrimiz də puzzle’ın ən kiçik parçasıdır. Pisiylə, yaxşısıyla hamısı bizimdir. Lakin bəzən yaxşı şeyləri unudur, yalnız pisləri xatırlayırıq. Bəs beynimiz bunu niyə edir?
Müəyyən şeyləri xatırlamamağınızın səbəbi, əhəmiyyətsiz şeyləri beynimizin unutmuş olmasıdır.
Evlilik, doğum, ölüm, qəza və s. kimi əhəmiyyətli hadisələr beynimizdə qalıcı yer alarkən, gündəlik hərəkətlərimizi unuduruq. Çünki beynimiz, gərəksiz olanları təmizləyir. Buna silici təsir deyilir.
Bir şeyləri xatırlamaq üçün beyninizi məcbur edə bilərsiniz.
Beynimiz bizi gərəksiz məlumatlardan qorumağa çalışır. Bütün hər şeyi hər detalına kimi xatırladığınızı düşünün. Hər halda belə olsa, dəli olardıq. Ancaq çox məcbur etsəniz, bəzi unudulduğunu sandığınız xatirələrinizi xatırlaya bilərsiniz. Bu hərəkət, beynin diqqətindən qaçan əhəmiyyətli xatirələrinin təkrar layiq olduğu yeri almasını təmin edir. 🙂
Bilmədiyinizi düşündüyünüz məlumatları da geri gətirə bilərsiniz.
Beynimiz, fərqində olmadığımız bir çox məlumatı toplamış ola bilər. Bu səbəblə, bilmədiyinizi düşündüyünüz bir çox şeyi bir anda bildiyinizin fərqinə vara bilərsiniz.
Beynimiz keçmiş məlumatlarla, yeni məlumatlar arasında əlaqə qurur.
Beyin, keçmiş məlumatlarımızla, yeni məlumatlar arasında anındaca əlaqə qurur. Necəmi? Məsələn bir film izləyərkən baş roldakı aktyoru bir yerdən xatırladığınızın fərqinə varırsınız. Məhz bu anda, beyniniz keçmiş məlumatlarla ünsiyyət qurmağa başlayır. Bu sayədə, hansı filmdən xatırladığınızı tapır; köhnə məlumatlarınızı yeni məlumatlarla birləşdirir.
Bir şeyi xatırlamaqda çətinlik çəkirsinizsə, şəkillərə baxmağı yoxlayın.
Adətən şəkillərə baxmaq, xatırlama proseslərində ən tez istifadə edilən üsuldur. Çünki beynin məlumatı vizuala çevirməsi daha asandır. Xatirələri, müəyyən şəkillərlə xatırlamağa çalışın. Әgər bunu yoxlasanız, nə qədər təsirli olduğunu görəcəksiniz.
Səssizlik, xatırlamada təsirlidir.
Əgər bir şeyi xatırlamaq istəyib, ancaq çətinlik çəkirsinizsə, yalnız qalmağa çalışın. Səslər xatırlama prosesində beyninizə mane ola bilər; səssizlik isə sizə kömək edəcəkdir.
Yemək yeyəndə ya da stress anında beyniniz daha asan məlumat toplayır.
Yeməkdən əldə etdiyiniz qlükoza, xatırlama gücünüzü artırır. Bu sayədə daha asan xatırlamağa başlayırsınız. Oxşar təsir stress altında da reallaşır. Romantik və stressli anlar, yaddaşı hərəkətə keçirir.
Həyatınız boyunca fiziki güc yerinə zehni güc istifadə edilən bir iş görsəniz, yaddaşınızın gənc qalma ehtimalı artır.
Araşdırmalar, professorların təqaüdçü olduqdan sonra belə dərslərdə öyrətdiklərini asanca xatırladığını göstərir. Fiziki güc istifadə edən insanların isə qocaldıqca bir şeyləri xatırlamaqda çətinlik çəkdikləri ortaya çıxır. Buna görə oxumaq əhəmiyyətlidir.
Səsləri istifadə edərək sözləri və nömrələri xatırlaya bilərsiniz.
Avstriyalı dilçi və tərcüməçi olan Hans Eberstark, sözlərin yazılışına deyil, söylənilən zaman səsə diqqət çəkən xüsusi bir metoddan istifadə edir. Sözü eşitdiyiniz an mənasını xatırlayırsınız. Rəqəmləri də hərflərdən, sözlərdən istifadə edərək xatırlamaq mümkündür. Məsələn, xatırlamalı olduğumuz rəqəm 7-dirsə, bunu L hərfi ilə xatırlaya bilərsiniz. Çünki 7 və L-birinin əksi kimi yazılır.
Tez-tez yaşanan depressiya və həddindən artıq stress, yaddaşınıza və beyninizə zərər verir.
Bu səbəblə, nə olursa olsun dərin bir nəfəs alın və sakitləşin. Yoxsa puzzle’nızın bütün parçalarını itirə bilər, sizi var edən xatirələri unuda bilərsiniz.