Yaya sayılı günlər qaldı! Planlar qurmaq və onları həyata keçirmək zamanıdır. Ağlınızda hələ də heç nə yoxdursa, ‘Bildirchin’ unudulmaz bir yay yaşamaq üçün nə etməli olduğunuzu bilir!
- Yay fotosessiyası edin. Qışın soyuq günlərində həmin fotolar sizi isidəcək.
- Heç olmasa həftənin 2 gününü telefon və internet olmadan keçirin. Canlı ünsiyyətlər qurun, əylənin!
- Tennis və ya voleybol turnirləri təşkil edin.
- Səyahət edin. Hədəf qonşu rayon belə ola bilər. Yetər ki, yeni məkanlar kəşf edəsiniz.
- Hələ də bacarmırsınızsa, bu yay mütləq velosiped sürməyi öyrənin.
- Həddindən artıq isti bir gündə su tapancalarını sərin su ilə doldurub atışma elan edin.
- Açıq havadan konsertə gedin.
- Bol-bol dondurma yeyin və hətta resepti öyrənib, onu özünüz hazırlayın.
- Yay boyu qısa-qısa çarxlar çəkib, sonda onları montaj edib, birləşdirin.
- Çəmən güllərindən çələng düzəldib, onu kiməsə hədiyyə edin.
- Üzməyi öyrənin.
- Çimərlikdə günəşlənin.
- Damda və ya balkonda səhər yeməyi yeyin.
- Meşədə gəzintiyə çıxın və axşam üstü tonqal ətrafında dostlarınızla söhbət edin.
- Meşəyə getmişkən giləmeyvə də toplamağı unutmayın.
- Açıq havada sinemaya gedin.
- Fleşmobda iştirak edin.
- Saç düzümünüzü dəyişin.
- Aşiq olun. Mütləq aşiq olun!
- Özünüzü sevmədiyiniz əşyalardan və insanlardan azad edin.
- Qarpız və yemişdən zövq alın.
- Sakit bir parkda kitab oxuyun.
- Daha öncə sizə təhlükəli gələn karusellərə minin. Adrenalin şərtdir!
- Ən son nə zaman otluqda ayağı yalın gəzmisiniz? Bunu təkrar edin!
- Açıq havada idmanla məşğul olun. Qulaqcılarınızı götürməyi və yayın hit mahnılarını telefonunuza yükləməyi unutmayın.
- Və mütləq axan ulduzu yaxalayıb, arzu tutun! Ancaq arzu tutarkən, diqqətli oldun. Çünki arzuların belə bir xüsusiyyəti var: onlar mütləq bir gün həyata keçir! Kim bilir, bəlkə bu yay sizin yayınız olacaq? 😉