Ünsiyyət bacarıqlarını yaxşılaşdırmaq fikrinə düşmüsən? Özünü tərbiyyə və inkişaf yolunda düzgün addım atmısan! Ünsiyyət bacarıqlarını yaxşılaşdırmaq üçün ilk növbədə qazanılmış pis danışıq vərdişlərini tərgitmək lazımdır. Bu da sözsüz ki, düzələn şeydir.
Həyatımızda tez-tez rast gəlinən mənfi danışıq vərdişləri və onların həlli məsələsinə aşağıda göstərilmiş nümunələr vasitəsilə nəzər salaq.
1.Yaxşı dinləyici deyilsiniz
Ernest Heminqvey bir gün söyləmişdir: “Mən dinləməyi sevirəm. Kimisə diqqətlə dinləyərkən çox şey öyrənmişəm. İnsanların əksəriyyəti çox vaxt qarşısındakı insanı dinləmirlər.“
İnsanlar söhbəti dinləmir sadəcə öz növbələrini gözləyirlər. Siz helə olmayın. Söhbəti , fikri diqqətlə dinləyin ki , danışığın mahiyyətini tutasınız. Mahiyyəti olmayan söhbəti davam etdirməyin heç bir mənası olmur. Söhbətə diqqət və dərinliklə qulaq assanız , özünüz üçün potensial mövzuları kəşf edə və söhbəti uğurla davam etdirməyi bacaracaqsınız.
2.Çoxlu sual verirsiniz.
Dalbadal çoxlu sual versən, həmsöhbətiniz özünü istintaqda olurmuş kimi hiss edəcək və söhbətdən qaçacaq.
Bunun qarşısını almaq üçün suallarınızı aramla verin. Cavabı aldığınız sualı bir az müzakirə edəndən sonra növbəti suala keçin. Belə olduqda söhbət sorğu-suala bənzəməyəcək.
3.Özünüzü rahat buraxın.
Yeni bir tanışla söhbət zamanı vərdiş etmədiyiniz mövzular meydana çıxdığı üçün tez-tez narahatlıqlar (məs: susqunluq) baş verir. Bunun nəticəsi olaraq həyacanlanmağa başlayırsınız.
Həyacanın qarşısını almaq üçün yeni həmsöhbətinizi çoxdan tanıdığınız bi dostunuz kimi gözünüzün önunə gətirin. Sadəcə onun həyatınızda “yeni” olduğunu unudun.
4.Söhbət zamanı zəif qarşılıq verirsiniz.
Söhbət və danışıq zamanı mühüm elementlərdən biri nə danışdığınız yox , necə danışdığınız , fikrinizi hansı formada çatdırdığınızdan ibarətdir.
– Danışıq zamanı sürət tempini azaldın. Xüsusilə də həyacanlı olub hər şeyi necə gəldi danışanda.
– Sözləri aydın səsləndirin ki, həmsöhbətiniz dəqiqə başı yenidən təkrarlamağı xahış etməsin.
– Nitqinizə emosiya qatın. Monoton danışıq dinləyicini tez yorur.
– Mimika və jestlərdən istifadə edərək nitqinizə rəng qatın.
5.Həmişə bütün diqqəti özünüzdə saxlamağı çalışmayın.
Bu səhvi hamımız edirik ! Başqası bir şeyi anlatdığı zaman onun sözün kəsib, söhbəti özünüz davam etdirməyə səy göstərməyin. Bu kənardan olduqca kobud və eqoist hərəkət kimi qarşılana bilər. Bundan sonra heç kim sizinlə danışmaq arzusunda olmaz.
6.Daima özünüzün haqlı olduğunu sübut etməyin.
Bu , yalan danışan və şübhəli adamlarıın fəndi olduğu üçün insanları bu cür davarnış qıcıqlandırır. Əksər hallarda mövzuya belə münasibət mübahisəyə gətirib çıxardır.
7. Qəribə və neqativ ruhda danışıq aparırsınız…
Qonaqlıq yaxud yeni insanlarla tanışlıq zamanı müəyyən mövzu və müzakirələrdən uzaq durmaq lazımdır. Bu kateqoriyaya aid edilir: səhhətinizlə bağlı olan problemlər , uğursuz münasibətlər , şəxsi həyat , narazı olduğunuz iş mühitiniz , terminlərlə dolu müzakirə mövzuları. Yəni söhbətinizin xoş ab-havasını qaçırdan mövzular.Həmçinin dini və siyasi müzakirələri də sonraya , ən yaxşısı isə yaxın dostlarla müzakirəyə saxlayın.