Heç özünüzü tamamilə çarəsiz və ümidsiz hiss etdinizmi? Bu sualın cavabına böyük ehtimalla bir çox insan “bəli” deyəcəkdir. Həyatda bir problemlə qarşılaşdığınız zaman, problemi həll etmək üçün hərəkətə keçməyiniz lazımdır.

Bu şəkildə həyatda qarşılaşacağınız bütün problemlərin öhdəsindən gələ bilərsiniz. İlk başda vəziyyətiniz nə qədər dözülməz və ümidsiz olursa olsun, hər zaman bu vəziyyəti lehinizə çevirəcək gücü özünüzdə tapa bilərsiniz.

Əlbəttə hər zaman bu gücü ortaya çıxarmaq asan olmaya bilər, lakin bir az köməklə hər şey mümkündür. Həyatınızda bir problemlə qarşılaşdığınız zaman, içinizdəki super qəhrəmanı ortaya çıxarmanıza kömək edəcək təkliflər:



    1. Dəniz ulduzu kimi davranın, yaralı bir quş kimi deyil.

    Dəniz ulduzu qollarını yeniləyərək özünü sağalda bilir. Siz də dəniz ulduzu kimi olun. Yaralı bir quş özünü sağalda bilməzkən, dəniz ulduzu qollarını yeniləyərək özünü yaxşılaşdıra bilər. Sizi sağaltması üçün bir dəniz ulduzunu və ya insanı gözləmək məcburiyyətində deyilsiniz. Həyatda bir problemlə qarşılaşdığınız zaman çətinliklərin öhdəsindən gəlmək üçün birindən və ya bir şeydən mədət ummaq məcburiyyətində deyilsiniz. Əslində problemlərin öhdəsindən gəlmək üçün axtardığınız güc içinizdədir. Əlbəttə başqalarından kömək istəmək işinizi asanlaşdırır; ancaq siz probleminizi həll edəcək gücə və potensiala onsuz da hal-hazırda sahibsiniz. İlk etapda, içinizdəki fövqəladə gücün fərqində olmalısınız. Bu fərqindəlik sizi problemlərinizi həll etmək üçün bir addım atmağınıza kömək edəcəkdir.



    2. Axtardığınız şeyə çatmaq üçün araşdırmalar edin.

    Bir düşünün, kitablarda və məqalələrdə problemlərinizlə bağlı bir neçə neçə fərqli mütəxəssisin yanaşması ilə qarşılaşdınız. Bu qədər çox şərh arasından ən yaxşısı və doğrusunu tapmaq hər zaman asan olmur. Öz-özünüzün qəhrəmanı olmanız üçün, dərinlərə dalın və səthi araşdırmaların kənar qaçın. Doğru kitabı və ya məqaləni oxumaq yalnız stressinizi atmanıza köməkçi olmaqla qalamayacaq, eyni zamanda heç bir yerdə tapa bilməyəcəyiniz qiymətli bir bələdçilik vəzifəsi görəcəkdir.




    3. Stress yüklü olmaqdan uzaqlaşın.

    Digər tərəfdən, çox məlumat sahibi olmağınız işinizi çətinləşdirə bilər. Bu vəziyyət başınızın qarışmasına səbəb olur. Baş qarışıqlığı sizi qərarsızlığa və stressə istiqamətləndirəcəkdir ki, bu da irəliləmənizə çox böyük maneədir. Çətin zamanlarda stressdən xilas olmaq həyati əhəmiyyət daşıyır, xüsusilə mənfi düşüncələr sizi əsir almağa başlamışdırsa. Fərqli texnikalar sınayın, özünüzə bir neçə dəqiqə belə olsa bunu düşünəcək zaman ayırın. Kiçik bir fasilə sizə yaxşı gələcəkdir.




    4. Səhvlərinizdən dərs çıxardın.

    Hər nə qədər aldığınız hər qərar həddindən artıq əhəmiyyətliymiş kimi davransanız da, böyük ehtimalla bir çox adam hədəfə gedən yolda yoxlayıb-yanılma metodundan istifadə edir. Qüsursuz olmağa çalışmayın. Səhvlərinizdən dərs çıxardın və yola davam edin. Qorxunun sizi əsir almasına icazə verməyin.


    5. Kömək istəməkdən çəkinməyin.

    Bəzən, həyat olduqca çətin və dözülməz bir hal alır və nəticəsində hər şeydən uzaqlaşaraq içimizə qapanırıq. Hər nə qədər bir müddət tək qalmaq sizə yaxşı gəlsədə, bir dəstək almalısınız. Nəyə ehtiyacınız varsa, sizi nə yaxşı hiss etdirəcəksə onu edin və professional dəstək istəməkdən çəkinməyin. Sizi yuxarı daşıyacaq, köhnə günlərinizə qaytaracaq insanları axtarın, ümidsizliyə sürükləyəcək olanları deyil.




    6. Qeydlər edin.

    Həyatda minnət duyduğunuz şeyləri yazın. İrəlidə hər ehtiyacınız olduğu zaman bunlara dönüb baxa bilərsiniz.



Öz özünüzün qəhrəmanı ola biləcəyinizə inanırsınızmı?
Bu vəziyyət əslində düşündüyünüz qədər çətin deyil və həyatınızı riskə atmaq məcburiyyətində deyilsiniz. Hər nə qədər ilk başda irəlilədiyiniz yol naməlum olsa da, inamınız sizə müsbət bir nəticəyə çatdıracaqdır. Tək etməli olduğunuz şey özünüzə inanmaqdır. İçində olduğunuz vəziyyət nə qədər çətin və ümidsiz olursa olsun, hər zaman bir ümid vardır. Özünüzə inansanız edə bilməyəcəyiniz heç bir şey yoxdur!..


Teodor Ruzveltin də dediyi kimi ‘Əgər özünüzə inansanız, yolu yarılamış hesab olunursunuz.’