Uğurlu olmağı kim istəməz ki? Bəs bunun üçün nələr edirik? Çox çalışırıq, çox öyrənirik. Bəs nələri etməməliyik? Bu haqqda ətraflı yazımda oxuya bilərsiniz.
Zərərli hər şeydən uzaq dur!
Sağlam həyat tərzi, düzgün yuxu və qidalanma bizi daha gümrah hiss etdirəcəkdir. Əgər uğurlu olmaq istəyirsinizsə, mütləqdir ki, ilk öncə öz qayğınıza qalmağı öyrənməlisiniz.
Qısa zamanlıq planlar qurma!
Hər zaman daha uzaqlara bax! Həyatda bir dəfə yaşayırsan, nə istəyirsən et! Bu sözü yəqin çox eşitmişik, ancaq düşünürəm ki, nə istəsək edə bilərik, ancaq etdiyimiz şeyləri hər zaman düşünməyimizdə fayda var.
Bəhanələri həyatından at!
Hər zaman hər şeyi etmək gücündəsən və bəhanələr səni durdurmamalıdır! Sadəcə irəliyə doğru addımla və heç bir zaman heç bir işini yarımçıq qoyma. Həyatda hər şey mümkündür və sən hər şeyi edə biləcək gücdəsən!
Hər şeyi idarə etməyə çalışma!
Bəzən insan düşünür ki, hamını və hər şeyi özü idarə edə bilər. Bu sizi yoracaq və qısa zamanda enerjiniz tükənəcəkdir. Ona görə də hər kəsin səhv edə biləcəyini qəbul edib, fərqli insanlarla işlər edin.
Hər şeyə HƏ deməyin!
Yox deməyi öyrənin. Hər şeyi etmək mümkündür. Ona görə də hər zaman nəyi ilk etməli olduğunuzu anlayıb, cavablarınızı ona görə verin.