Uğurlu insanların sirləri

    1. Çalışın ki, daima sizi inkişaf etdirən , yuxarılara aparan insanların ətrafında olsun, çünki həyatda onsuzda sizə mane olacaq, sizi aşağı çəkəcək insanlar var.

http://imageshack.com/a/img673/9725/hU8XJI.jpg


    2. Bu gün başqalarının etmək istəmədiyi şeyləri et, sabah başqalarının yaşaya bilmədiyi gözəl həyatı yaçayacaqsan.

    3. Əgər bir insanın yanında özünüzü sərbəst və rahat hiss edirsinizsə, həmin insanı əldən buraxmayın və onu hava-su kimi qiymətli tutun.

    4. Kimsə sizə qatarınızın çoxdan getdiyini deyirsə, unutmayın ki, hələ təyyarə və gəmilər var.

    5. Sizə əziz olan insanları incitməyin, hətta sonra üzr istəsəniz belə əvvəlki kimi sizə münasibət göstərilməyəcək artıq.

    6. Əgər sənin arxanca dedi–qodu söhbətləri gedirsə, deməli sən şəxsiyyətsən. Yadda saxla ki, ancaq uğurlu , maraqlı, yaraşıqlı insanları sevmirlər və paxıllıq hissi ilə yanaşırlar.

    7. Bir qadını xoşbəxt edə bilmirsənsə, başqasına bunu etməyə mane olma. (Cerard Batler)

http://imageshack.com/a/img661/1966/cywgY4.jpg

 

    8. Bağışlamaq güclü insanların xüsusiyyətidir. Zəif insanlar heç vaxt bağışlamır.

    9. Mübarizə aparın, axı qadınlar ən güclü, cəsarətli və inadkar olanları sevir, kiçik bir mübahisədən sonra üz çevirəni yox.

   10. Axmaqlarla heç vaxt mübahisə etməyin. Onların səviyyəsinə düşməyi özünə yaraşdırmayın.

   11. Yadda saxlayın ki, insanlar zamanla, tədricən doğmalaşır və ani olaraq yadlaşır.



http://imageshack.com/a/img633/81/aDUNds.jpg
    12. Alkoqolsuz sevic yaşamağa, internetsiz söhbətləşməyə və siqaretsiz həyacan çəkməyə vərdiş edin.

    13. Ürəyinizcə olan bir işlə məşğul olun. Belə olanda sanki işləməyə yox, zövq almağa gedəcəksiniz.

    14. Bu dünyada özünüzdən başqa heç kəsə arxalanmayın, hətta kölgəniz belə bizi qaranlıqda tərk edir.

 

http://imageshack.com/a/img661/7861/qjLjDV.jpg

    15. Öz səhvlərinizə görə həddindən artıq peşimançılıq çəkməyin. Onlar olmasa, siz doğrunun nə olduğunu bilməyəcəkdiniz.

    16. Heç vaxt sizdə olmayan bir şeyi əldə etmək istəyirsinizsə, heç vaxt etmədiklərini etməlisən bunun üçün.

    17. Uduzmağı bacarın və uduzanda gülümsəyin. Bu zaman qalib gələn rəqib qələbə həzzini itirəcək.

http://imageshack.com/a/img910/1769/fApmPx.jpg

    18. Səhər yerinizdən durmağınız üçün mütləq arzularınızın, məqsədlərinizin olmağı vacibdir.

    19. Heç kimdən asılı deyilsinizsə heç kim sizi geri sala bilməz.

    20. Öz problemlərini heç vaxt insanlara danışma. İnsanların 80 %-nə bu ümumiyyətlə maraqlı deyil, qalan 20 % üçün isə bu sevindirici xəbərdir.

 

http://imageshack.com/a/img540/6518/YgJFBm.jpg