Bir insan olaraq həyatınızda bir çox maneə ilə qarşılaşa bilərsiniz. Bu maneələrin qarşısını almağın ən asan yolu yenə sizsiniz. Əgər bir şeyi istəyirsinizsə gedib onu ala bilərsiniz. Haradan gəldiyiniz, bank hesablarınızın böyüklüyü və ya hal-hazırda etməkdə olduğunuz şeylər əhəmiyyətli deyil. Əhəmiyyətli olan onu nə qədər istəməyiniz və məqsədli olmağınızdır.

    Müvəffəqiyyətli insanlar üzərində edilən araşdırmalar “istəyin” uğurla düz mütənasib olduğunu ortaya qoymuşdur. İstəyin birinci addımı yüksəlmə dövrüdür. Bu dövrdə insanın dayanıqlılığı və cəsarəti bu xəyalın reallaşma şansını müəyyən edir. İkinci addım istəyin reallaşmasını təmsil edir və insanın özündən daha böyük və güclü bir əsər yaratmaq mübarizəsini təyin edir. Bu əsər yeni bir iş qurmaq, bir sahədə edilməmiş olan bir şey etmək, xüsusi bir kitab yazmaq və s. ola bilər. Üçüncü addım da istəyin sönüşünü təmsil edir. Hər müvəffəqiyyətli insanın həyəcanını və mübarizə ehtirasını itirdiyi bir dövr vardır.

    Müvəffəqiyyət çox çətin həyata keçirilə bilən bir çox şərtə bağlıdır. İnsanın qabiliyyəti və təhsili kafi olmazsa, doğru zamanda doğru yerdə olmazsa və ən əhəmiyyətlisi istək deyilən o daxili gücə sahib olmazsa, müvəffəqiyyətli olması çox çətindir. İstəkli insanlar hər kəsin baxdığı şeyə baxdığı zaman fərqli olanı görməyi bacarır. İstək, bir fikri və ya qeyri-mümkün görünən bir şeyi mümkün edir. Bundan sonra güclü çalışmaq, başlanğıcda xəyal kimi görünəni həqiqətə çevirir. Howard Schultz, Starbucks zəncirini quraraq dünya üzərində 2 mindən çox Starbucks Cafe’də qəhvə qoxusunu duymaq istəyənləri sevindirməyi bacarmışdır. Bilinən və sıravi bir məhsul olan “qəhvə” də bir fərqlilik yaratmaq və bundan bir zəncir yaratmaq asan deyil, bunu təmin edən tamamilə istək və məqsədli olmaqdır.

    Müvəffəqiyyət ehtirası olan insanlar keçmişin onlara qoyduğu sərhədləri və maneələri aşaraq yeni yollar sınamağı cəsarət etmiş insanlardır. Müvəffəqiyyətli insanların ortaq xüsusiyyəti önlərindəki maneələri aşacaq aydın bir görüşə sahib olmalarıdır. Bu insanlar ya maneənin üzərinə cəsarətlə gedir, ya da yanından keçəcək yaradıcılığı göstərirlər.

    Müvəffəqiyyətə çatmaq istəyən insan, xəyalı nə qədər qeyri-mümkün görünürsə görünsün işə o xəyalını reallaşdırmaqla başlayır. İstək müvəffəqiyyətin təməlidir. İstəyin ilk addımı da bilinəni təkrarlamaq deyil, fərqli bir şey etməyi gözə almaqdır.

 

Əgər istəyiniz və məqsədiniz varsa müvəffəqiyyət ilə aranızdakı tək əngəl sizsiniz…