Dünyada 3 insandan 1-i uçmaqdan qorxur, ancaq statistikaya görə quruda ölmə ehtimalı havada ölmə ehtimalından daha yüksəkdir. Nəqliyyat qəzalarının sayı belə təyyarə qəzalarından qat-qat çoxdur. Onu da qeyd edək ki, təyyarə qəzaları gün keçdikcə, texnologiya inkişaf etdikcə daha da azalır.

  1. Günlər əvvəldən təyyarə həyəcanı başlayır.
Səyahət zamanı yaxınlaşdıqca həyəcan artır, özünüzü o dəmir yığınının içində xəyal etməyə başlayırsınız. Hələ bir gecə əvvəldən ümumiyyətlə yata bilmirsiniz!..


  2. Özünüzü həddindən artıq yüksəkdə hiss edirsiniz.
Uçarkən, “Bu qədər yüksəkdən uçmağımız məcburidir?” deyə düşünürsünüz. Sanki təyyarə alçaqdan uçsa, özünüzü daha etibarlı hiss edəcəksiniz…


  3. Böyük təyyarə daha yaxşıdır.
Kiçik təyyarə sizə konserv qutusu kimi gəlir, amma böyük təyyarə sanki qəzaya uğramayacaqmış kimi möhkəm görünür. Buna görə səyahət zamanı böyük təyyarələri seçirsiniz.


  4. Təyyarə uçuşa hazırlanarkən çox diqqətlə izləyirsiniz.
Təyyarəyə minmək üzrəykən son yoxlamaların edildiyi zaman diqqətlə təyyarəyə baxırsınız. Minərkən belə son dəfə “çatlağı filan” varmı deyə göz gəzdirirsiniz.


  5. Həmişə bir problem var.
Uçuş əsnasında bir qoxu duyursunuz, bir duman görürsünüz, fərqli səslər eşidirsiniz. Həmişə təyyarədə bir problem varmış kimi həyəcan keçirirsiniz.


  6. Uçuş əsnasında hər kəs gözünüzə batır.
“Bu qədər insan necə belə rahat ola bilir?..” deyə düşünürsünüz. Bir tək qorxan sizmisiniz? Hələ təyyarədə yatanları ümumiyyətlə anlaya bilmirsiniz.


  7. Hava yolu şirkətinin qəza xəbərlərinə göz gəzdirirsiniz.
Uçacağınız hava yolu şirkətinin keçmişini araşdırır, neçə dəfə qəzaya uğradığını və ya neçə dəfə problem yaşadığını öyrənməyə çalışarsınız.


  8. Pilot tam bir axmaqdır!
Uçuş əsnasında bir anda sağa-sola doğru manevr edən pilot, gözünüzə təyyarəni idarə edə bilməyən axmağın biri kimi görünür.


  9. Dəniz və quru yolları daha etibarlıdır.
Təyyarədən qorxursunuzsa, günlərlə davam etməsinizə rəğmən, əgər tələsmirsinizsə dəniz və ya quru nəqliyyatını seçib, günlərlə əziyyət çəkməyə razı olarsınız.


10. Təyyarənin modeli, hansı ildə çıxarıldığı ilə belə maraqlanırsınız.
Uçacağınız təyyarənin modelini araşdırıb hansı ildə çıxarıldığını və satın alındığını araşdırarsınız. Köhnədirsə qəza törədəcəkdir gözüylə baxar, həyəcanınızı 10 qat artırarsınız.