Dünyada görülməsi gərəkən bir-birindən gözəl yerlər. Qum, günəş, dəniz – bu üçlüyün dəbdə olduğu günlərdə səyahətlərin də sayı artıb. Bəs dünyanın ən çox səyəhət edilən şəhərləri hansılardır? Dünyada görülməsi gərəkən bir birindən gözəl yerlər var. BiG.az Anspress-ə istinadən bildirir ki, insanların ən çox səyahət etdikləri və görmək istədikləri şəhərləri təqdim edir.
10. Praqa
Hitlerin belə bombalamağa əli gəlmədiyi Praqa dünyanın ən gözəl, intellektual, möhtəşəm şəhərlərindən biridir. Yüz illərdir fasiləsiz nümayiş etdirilən opera, baletlər, rəngli gecə həyatı, ədəbi məclislərin məkanıdır. Kənardan soyuq və əlçatmaz görülən şəhər turistlərə tamamilə fərqli hisslər yaşadır.
9. Kapri
Aralıq dənizindəki Kapri adası qədim Romanın izlərinin daşıyıcısıdır. Dünyaca məşhur mağaralar və qayalıqlara sahibdir. Ucsuz bucaqsız mavi suların qoynunda, üzünüzü oxşayan xəfif rüzgarın hakim olduğu adadan insan ayrılmaq belə istəmir.
8. Phuket
Romantizm qoxulu tətil istəyənlər üçün düzgün seçimdir. Cənubi Asiyanın ən gözəl adalarından biridir.
7. Mykonos
Egey dənizinin sahillərində, Mykonos qranitdən ibarət olan təbii quruluşu ilə görənləri heyrətə salır.
6. Barselona
Bu şəhərdə sənət gündəlik həyatla birləşib. Barselona hər kəsin xəyalının bəzəyən şəhərdir.
5. Nyu York
Nyu Yorkda həyat dayanmır. Gündəlik dinamik və sürətli həyatın olduğu şəhərin hər nöqtəsi ayrı bir əyləncə deməkdir.
4. London
Tarixini qorumaqla, ən müasir şəhərlərdən biri olan London muzeyləri, parkları sizi özünə heyran edəcək.
3. Paris
Paris eşqin, sevginin, romantikanın şəhəridir və dünyada hamı ömründə bircə dəfədə olsa bu möhtəşəm şəhərin havasını udmaq istəyir.
2. Florensiya
Bir çoxları bu şəhəri “əsl İtaliya” və ya “açıq hava altında heykəllər muzeyi” adlandırır. İnsanın ağlını başından alan yüzlərlə tarixi abidə, intibah dövrünün canlılığını qoruyan əsərləri və şəhəri iki hissəyə bölən Arno çayı qədimliklə-müasirliyin vədhətindən ibarət möhtəşəm görüntü yaradır.
1. Venesiya
Bu şəhərin hər küncü sürprizlərlə doludur. Dünyada ən çox turist axınan məruz qalan möhtəşəm şəhərdir.