1. Duyğulara nəzarət təcrübəsi
1960-cı illərdə nevroloq Jose Delgado vəhşi bir öküzün beyninə elektrik titrəyişləri ilə təsir edən və uzaqdan idarə olunan kompüter çipi yerləşdirmişdi. Bir arenaya çıxardılan azğın öküz Delgado’ya hücum üçün qaçmağa hazırlanarkən Delgado öküzün beynindəki elektrodlara siqnal göndərərək hücum etməsini maneə yaratmış və onu qismən nəzarət altına ala bilmişdi . Öküzün beyninə yerləşdirilən bu kompüter çipi, istənilməyən hərəkətlərdən duyğu idarəsinə, qədər çox geniş bir nəzarət sistemini təmin etmişdir.
2. Cinsi instinkt təcrübəsi
Hind toyuqlarının cinsi həyatını araşdıran Pensilvaniya Əyaləti Universitetinin tədqiqatçıları, canlı kimi görünən dişi bir hindi maketini erkək hind toyuqlarının qarşısında parçalara ayırmışdır. Lakin makettən sadəcə yalnız bir çubuğun üstündə olan saxta bir dişi hindi başını saxlasalar da, bu vəziyyət erkək hind toyuqlarını uzaqlaşdırmamış, əksinə daha arzulu hala gətirmişdi. Hind toyuqları cütləşərkən, dişisinin ən çox başını gördüyü üçün erkək hind toyuğuna dişi hindinin başı bədənindən daha cazibədar görünür.
3. Ölüləri diriltmə təcrübəsi
California Universitetindən Robert Cornish 1930-cu ildə ölü canlını geri gətirməyin yolunu tapdığına inanırdı. Cornish təcrübəsini bir qrup it üzərində reallaşdırmaq üçün əvvəl iki iti boğaraq öldürmüş və bu itlərin damarlarına adrenalin və laxtalanmağın qarşısını alan bir maddə vurmuşdu. Həyata qaytarılmağa çalışılan bəzi canlılar ağır beyin sarsıntısı, şüursuzluq və korluqla həyata qaytarılsalar da, çox yaşayamadan ölmüşdülər.
4. LSD peyvənd etmə təcrübəsi
1962 ildə Oklahoma Universitetindəki tədqiqatçılar 14 yaşlı TUSKON adlı filə bir insana vurulan LSD dozasının 3000 qatı LSD vurmuşdu. Tibbi sahədə bilinən ən təsirli keyləşdiricilərdən biri olan LSDnin təsiriylə dəhşətə qapılan fil qəribə səslərlə bağıraraq öz ətrafında 1 saat dönmüş sonra dözə bilməyib titrəyərək ölmüşdür.
5. Üz ifadələri təcrübəsi
Psixoloq olan Carney Landis 1924-cü ildə bütün insanların təəccüblənmə və ya iyrənmə kimi duyğulara eyni üz ifadələri ilə reaksiya verib vermədiyini yoxlamaq istəmişdi. Bunun üçün bir qrup könüllünü laboratoriyasına gətirən Landis, əzələ hərəkətlərini doğru müşahidə etmək üçün könüllülərin üzlərinə xəttlər çəkmişdi.
Daha sonra təcrübədəkilərə amonyak qoxlatmış, caz musiqisi dinlətmiş, cinsi mövzulu videolar izlətdirmiş, əllərini qurbağa dolu bir səbətə salmış və ən sonunda bütün təcrübədəkilərə canlı bir siçanın başını kəsdirmişdir. Təcrübədəkilərdən çoxu deyiləni etmişdir. Nəticə olaraq; itaətkar subyektləri siçanların başlarını kəsərkən qeyri adi bir üz ifadəsi nümayiş etdirməmişdilər.
6. Rəqs edən cəsədlər
Elektrikin insan bədənini tərpətdiyini öyrənən Giovanni ALDINE, elektrik axımı ölü insanları diriltmə fikrini reallaşdırmağı düşünürdü. Bu təcrübəni 1803-cü ildə arvadını və uşağını boğaraq öldürdüyü səbəbiylə edam edilən Corc Forster’ın cəsədi üzərində sınamış və ölü qatilin əvvəl çənəsi sürətli şəkildə titrəməyə başlamış, əzələləri idarəsiz bir şəkildə hərəkətə keçmiş, bir gözü açılmış və sağ qolu qalxmışdı.
7. Josef Mengelenin təcrübələri
Bir insan ən çox nə qədər şeytanlaşa bilər? Məhz bu sualım cavabı Alman həkimi Josef Mengelenindir. Ölüm mələyi olaraq adlandırılan Josef Mengele; İkinci Dünya Müharibəsi əsnasında əsir düşərgələrində saxlanılan əsirlər üzərində; Alman əsgərlərin vəziyyətlərinin başa düşülməsi üçün döyüş yaralarına bənzər yaralar yaratmış və yaralara qazlı qanqrena və tetanoz kimi mikroblar daxil edərək nəticələri müşahidə etmişdir.
Qadınları zorla AIDS virusu daşıyan kişilərlə birlikdə olmağa məcbur etmiş, rüşeym üzərində təcrübə aparmaq üçün hamilə qadınların qarınları parçalanmış və genetik məzmunlu bəzi kimyəvi testlər etdirmişdir. Bunlar arasında ən tükürpədici olanı isə Alman əsgərlərinin paraşütlə təyyarədən atıldığı zaman meydana gələcək təzyiqə nə qədər dözə biləcəklərini ölçmək üçün düşərgələrdə saxlanılan yəhudi əsirləri bir təzyiq otağına salması və bu otaqda daxili orqanları partlayana qədər ölümcül təzyiqlər tətbiq etməsi idi.