Hər gün bu siyahının ən az bir qida məshulunu yeməklə, sağlam, gözəl və gümrah qala bilərsiniz:
Albalı
Albalının tərkibində kumarin və oksikumarin adlı bioloji aktiv vasitələr mövcuddur. Onlar orqanizmdən zərərli metalları xaric edir və xolesterinin səviyyəsini aşağı salır. Giləmeyvənin tərkibində olan salisil turşusu isə ağrı kəsici təsir göstərir. Bundan əlavə, 100 q. albalıda 274 mq. yod mövcuddur. Bu səbəbdən də albalı qalxanabənzər vəz xəstəliklərinin profilaktikası üçün mükəmməldir. Kalium öz növbəsində oqranizmdəki şişginlikləri aradan qaldırır. Bütün bu faydalı maddələri özündə birləşdirən 100 q. albalının kalori dəyəri cəmi 48-dir.
Xiyar
95% sudan ibarət olan tərəvəz nə qədər faydalı ola bilər ki?! Əslində xiyar B qrupunun vitaminləri və glutamik turşu ilə zəngindir. Sözü gedən faydalı maddələr isə beyindəki neyronların daha keyfiyyətli işləməsini təmin edir. Bundan əlavə, xiyar saç və dəri sağlamlığı üçün faydalıdır. Çünki xiyar, silikon və zink ilə zəngindir.
Çiyələk
Dadlı və faydalı çiyələk dəmirlə zəngin tərkibi ilə anemiyadan xilas edir. Bundan əlavə çiyələk dişlərin sağlamlığı üçün də mükəmməldir.
Brokkoli
Təzə xəbər olmadı, deyilmi? Brokkoli zülallarla zəngindir, bunu hər kəs bilir. Ancaq bir çoxlarının bilmədiyi bir şey var ki, brokkoli ürək-damar xəstəliklərinin belə qarşısını alır. Çünki bu tərəvəz, kalium və maqnium ilə zəngindir.
Qarabaşaq
Yapon dietoloqların apardığı araşdırmalar göstərmişdir ki, o, varikozdan xilas edir, ciyərləri təmizləyir və onların fəaliyyətini yaxşılaşdırır. Bundan əlavə qarabaşaq qanda şəkərin miqdarını azaldır, dərinin, dırnaqların və saçların vəziyyətinə müsbət təsir göstərir.
Sarımsaq
Sarımsaq soyuqdəyməni anında aradan qaldırır, bunu bilirik. Ancaq sarımsağın ağciyərlər toxumalarını tütündən təmizlədiyindən xəbərsiz idik.
Portağal
Portağal mədədə yanmaya və… kariyesə qarşı mükəmməl vasitədir. Sübut olunmuşdur ki, hər gün yarım portağal yeməklə dişlərinizi həm ağartmış, həm də kariyesdən qorumuş olacaqsınız. Bir amma var, portağal yedikdən sonra ağzınızı yaxalamağı unutmayın. Turşuların uzun müddət ağız boşluğunda qalması bir o qədər də faydalı olmaz.
Lobya
Problemli dərinin xilas edicisi lobya, toksinləri xaric edir, iltihabları aradan qaldırır.
Çili bibəri
Bir çoxlarımız acı bibərin mədə xorasına səbəb olduğunu düşünürük. Aparılan araşdırmalar isə bunun tam əksini göstərir: bibər xoranın qarşısını alır! Bundan əlavə bibər saçların uzadılması və artıq çəkidən xilas olmaq üçün mükəmməl vasitədir.
Banan
Bananın tərkibində olan serotonin depressiyadan xilas edir. Bundan əlavə argentina alimlərinin apardığı sınaq göstərmişdir ki, banan siqareti atmağa kömək edir.