Təcrübə marağı üzündən daim ortalığı qarışdıran Tomas Alva Edison sinfin ən arxasına oturdulmuşdu. Onun haqqında verilən qərar bu idi: “Bu uşağın zəkası qeyri-kafidir”. Kiçik Edison, ayın nə üçün yumru olduğunu, nə üçün insanların da quşlar kimi qanadlı olmadığını soruşduğunda “ağıllı böyüklər” hövsələdən çıxırdı. Hələ məktəbə başlamadığı günlərdən birində bir dərman kəşf etdiyini, bunu baxıcısına içirmək və onu da quş kimi uçurmaq fikrinə düşmüşdü. Evdəki bütün dərmanları qarışdırıb, içməsi üçün baxıcısına yalvardı. Baxıcı bu möcüzə dərmandan içdi, ancaq bir qaşıq içdi və yenə də xəstələndi. Edison kəşfində inad göstərirdi: “Hamısını içsə idi, uça bilərdi”. Edison kimi “qeyri-kafi zəkalı”, hətta “axmaq” bir uşağın məktəbdə böyük problemlərlə qarşılaşması çox təbii idi. Nəhayət, gözlənilən oldu və məktəb rəhbərliyi anasını çağırıb fikrini açıqladı. “Bu uşağı məktəbdə daha çox tutmanın mənası yoxdur”. Bu sözləri Edison da eşitmişdi. Anasının qollarına atılıb hönkür-hönkür ağladı. Belə izah edir, Edison: “Yaxşı bir ananın nə demək olduğunu o zaman anladım. Anam “Mənim oğlum müəllimindən daha ağıllıdır, onu anlamırlar. Onu mən yetişdirəcəyəm!” deyərək məni müdafiə etdi. Mən də həyatım boyunca anamın, haqqımdakı bu inancına layiq olmağa çalışdım. Dilimizdə gözəl bir deyiş vardır: ” Bir adama qırx gün dəli desəniz dəli olar . “Əgər anası onu səmimiyyətlə müdafə etməsəyi bəlkə Edison da “Axmaq zərərli” bir uşaq olduğuna inanıb sonrakı illərin əhəmiyyətli ixtiraçısı ola bilməyəcəkdi. Edison yalnız kiçikkən deyil, sonrakı illərində də anasının özü haqqındakı düşüncəsini diqqətlə qorumuş, zehinində bu rəsmi daha da rəngləndirmişdi.