İngilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir .
TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, Magist və ya hər iki dərəcə üçün istəyə bilər.
IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın komputer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dollar arasında olur. TOEFL-da olduğu kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə, ancaq
IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir, ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.