Səhərlər oyanmağa çətinlik çəkirsiniz? Alqoritminizi dəyişmək zamanıdır! Aşağıdaki faydalı məsləhətləri vərdiş halına gətirsəniz, günə gümrah başlayacaq və produktiv davam edəcəksiniz.
- Zəng çaldı, amma sizin yuxunuz sözün əsl mənasında tökülür? Qulaqlarınızı masaj edin. Yuxunuz dərhal qaçacaq.
- Qəhvəyə yox deyin, ilıq suya limon əlavə edin və için. Bu içki həzm sisteminə, bağırsaqlara və qaraciyərə müsbət təsir göstərir. Orqanizmi toksinlərdən azad edir və immun sistemini gücləndirir. Limonlu suyu içdikdən 20-30 dəqiqə sonra səhər yeməyini yeyə bilərsiniz.
- Gün ərzində 2 dəfə dişlərimizi yumalı olduğumuzu bilirik. Bəs dilimiz? Dişlərinizi yuyarkən dilinizi də yumağı unutmayın, çünki dilinizdə yığılan bakteriyalar kariyes və pis qoxunun yaranmasına səbəbdir.
- Balansınıza enerji yükləmək üçün səhər yeməyindən 10-15 dəqiqə əvvəl 1 qaşıq bal yeyin. Beləliklə, yaddaşınız güclənəcək, oqranizminiz öskürək və soyuqdəyməyə qarşı dayanıqlı olacaq.