Məşhur amerikalı yazıçı Ernest Heminquey (Ernest Hemingway) bir dəfə belə bir mübahisəyə girir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, həmin hekayə istənilən oxucuya təsir edər. “Uşaq çəkmələri satılır, geyinilməmişdir” qısa hekəyəsini yazaraq mübahisəni udur. Elə həmin vaxtdan az sözdən ibarət təsirli hekayələr yazılmağa başlandı. Onlardan bir neçəsini sizə təqdim edirik.
• Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.
• “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.
• Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.
• Üzümü qırxmağı anam mənə öyrədib.
• Mən doğma qəlb gördüm – O isə məni görmədi…
• Mənim əksim indicə mənə göz vurdu.
• Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.
• Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.
• Bu gün mən yenidən özümü anama təqdim elədim.
• Səyyah hələ də siqnal verirdi. Yerdir – yox…
• Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi.
• Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər”
• Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm…
• Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.
• Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.
• Əsgər, biz çəkmələri cüt satırıq.
• O, arvadının qatilinə butulka ilə süd verirdi.
• Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.