Qarşınızdakı insan sizə nə qədər yaxın olursa, olsun onun sevmədiyiniz və ya yanlış olduğunu düşündüyünüz bir davranışı deyərkən çəkinə bilərsiniz. Bu çəkinmənin səbəbi isə qarşımızdakı insanı incitməkdən qorxmağınızdır, çünki bir çox insan tənqidə açıq deyil və dediklərinizi yanlış anlayıb sizdən inciyə bilərlər, amma qarşınızdakı insanı incitmədən də tənqid etməyin bir yolu var. Buna sendviç metodu deyirlər. Gəlin bu metoda baxaq.
Tənqid edərkən sözlərimizin qarşımızdakı insana edəcəyi təsirə diqqət etmək lazımdır. Bunun üçün də tənqidi həmin insana qarşı deyil, hadisəyə qarşı yönləndirmək lazımdır, amma elə vəziyyətlər var ki, spesifik olaraq qarşımızdakı insanın davranışları bizi narahat edir. Bu halda isə sendviç metoduna müraciət etmək lazım olur.
Sendviç metodu qarşınızdakı insana edəcəyiniz tənqidləri təriflərin arasına yerləşdirərək etməkdir. Bu metod hamburger metodu olaraq da tanınır.
Bir çox insan cümlə içərisində “amma, ancaq, lakin” kimi bağlayıcılar istifadə edir. Əslində bu bağlayıcılar cümlədəki pozitiv mənanı korlayır. Bu səbəblə, cümlələrdə bu bağlayıcıları işlətmək əvəzinə sendviç metodunu tətbiq etmək daha yaxşı əlaqə yaratmağa kömək olur.
Bəs sendviç metodunu necə tətbiq etməli?
İlk etapda qarşınızdakı insanın sevdiyiniz bir xüsusiyyətindən və ya işindəki uğurlarından bəhs edin. Sonra isə “amma, ancaq, lakin” bağlayıcılarından qaçınaraq və bağlayıcısını işlədin və cümləyə davam edin. Əsl demək istədiyiniz sözünüzü deyin və ardınca yenə pozitiv şərhlər verin.
Tənqidləri daha təsirli hala gətirmək üçün sendviç metodu xüsusilə iş yerlərində işçilərin motivasiyasını qaldırmaq üçün istifadə olunur.