Telefonumuzun flaş xüsusiyyəti fotoşəkil çəkmək xaricində, qaranlıqda yol tapmaq üçün də işəmizə yarayır. Telefonunuzdakı flaşın bu saydığımız istifadə sahələri sizin üçün kafi deyilsə, özünüzü bəzən “niyə mən telefonumu gecə lampası olaraq istifadə edə bilmirəm?” deyə düşünərkən tapırsınızsa yalnız deyilsiniz. Artıq Luma var. Luma aşağıdakı fotoşəkillərdə gördüyünüz kimi telefonunuza taxdığınız mini abajurdur.
Boz, mavi və qırmızı olmaq üzrə üç fərqli rəngdə və 10 Amerika dolları qiyməti ilə satışa təqdim edilən bu məhsulun funksionallığını şəxsən təcrübə etmədən bir şey demək mümkün olmasa da çox sevimli göründüyünü qəbul edirik.. 🙂