Tarix boyunca bir çox qəddar insanlar tanımışıq, amma bu bəlkə də ən qəddarıdır. İnsest, körpə cinayətləri… Bütün bu pislikləri ilə yadda qalan, Roma İmperiyasının üz qarası, “Kiçik Bot” ləqəbiylə tanınan Kaliqula.
İmperiyanın müxtəlif yerlərindən gətirilən tanrı heykəllərinin başını kəsdirər və öz başını qoydurardı. O, özünü imperatordan çox tanrı hesab edirdi. Bacısı Drussila öləndə böyük bir yas elan etdi. Xalqın gülməsi, küçədə danışması, duş alması və hətta ailəcə yemək yeməsi belə qadağan olundu.
Ən böyük düşmənləri adətən senatorlar idi. Bəzən atlı arabasıyla sürətlə gedərkən senatorların da yanında qaçmasını əmr edər və bu saatlarla davam edərdi.
Güclü və gənc qladiatorların əvəzinə xəstə, yaşlı və hətta fiziki qüsurlu insanları seçərdi. Onun fikrincə bu daha zövqlü idi. Arenada qladiatorların vəhşi heyvanlarla savaşını izləyər, ürəyi istədiyində izləyicilər arasından bir neçə nəfəri seçib onların da döyüşməsini istəyərdi. Döyüşdürdüyü heyvanlara yemək çatdırmaqda çətinlik çəkilən zamanlarda isə əsirlərdən istifadə edərdi. “Bu keçəldən bu keçələ qədər” – deyərək, təsadüfən seçdiyi əsirlərin yem kimi heyvanalara verilməsini əmr edərdi.
Əsirlərinin, hətta bəzən xalqının keçəl olmasının səbəbi onun əmriydi. Keçəl qalmaq kompleksi olduğu üçün hər kəsin saçlarını ya tamam, ya da çox qısa şəkildə kəsdirilməsini əmr edərdi. Senatorların ailələrindəki qadınları toplayıb fahişəxanalar yaratdığı, onlardan gələn pullarla xəzinəni doldurmağa çalışdığı bilinir.
Qəddar olduğu qədər həm də əqli problemi vardı. Bacısı Drussilanın ölümündən sonra yas elan ettiyini demişdik, ölümün səbəbkarı da elə Kaliqula idi. Bacısını hamilə qoyduqdan sonra körpəsi hələ bətnində ikən çıxartdırıb yarı tanrı elan etmişdi.
Atı onun üçün ən dəyərli, senatorlar isə ən dəyərsiz insanlar idi. Şəxsi atını senator, hətta senatordan daha üstün olan konsul belə elan etmək istəyirdi.