Çox güman ki, hər kəs bankların yarılması haqqında filmlərə ən azı bir dəfə baxıb. Əslində isə bu filmlərdə göstərildiyindən qat-qat çətin və riskli işdir. Bununla belə bunu bacaran “peşəkar oğrular” da mövcuddur. Siyahımızda tarixin ən böyük bank soyğunçuluğu hadisələrini sıralamşıq:
1. Reysxbank, 1945-ci il.
Alman qızılı haqqında çoxlu şaiyələr var. Bununla belə, fakt, fakt olaraq qalır – İkinci Dünya Müharibəsindən sonra Reysxbankda qızıl qalmamışdır. Bu bankda Almaniyanın qiymətli cəvahiratlarının böyük hissəsi və bütün qızıl ehtiyatları saxlanılırdı. Ekspertlər qeyd edir ki, Reysxbankda faşistlərin digər ölkələrdən talan etdikləri qiymətli əşyalar da yer almışdır. Bütün bunlara baxmayaraq, bankda rəsmi yoxlamalar aparıldıqdan sonra orada heçnə aşkar olunmayıb. Oğurlanan qiymətli əşyaların ümumi dəyəri 3,34 mlrd. dollar olmuşdur. Oğurluq bir dəfəyə yox, tədricən baş verib.
2. Knightsbridge bank, London, 1987-ci il.
Tarizin ən iri həcmli bank soyğunçuluqlarından birini cəmi iki nəfərdən ibarət olan qrup üzvləri tərəfindən həyata törədilmişdir. 1987-ci il 12 iyul tarixində 2 nəfər müştəri qismində banka daxil olur, buna görə də mühafizə onları şübhəli şəxs qismində nəzərdən keçirmir və diqqətindən kənar saxlayır. Soyğunşular isə içəri silah keçirdikdən sonra həm mühafizəni, həm də məntəqədə olan bütün insanları neytrallaşdıraraq “ciblərini doldurmağa” başlamışlar. Sonda “ciblərində” 174 mln. dollarla bankdan sakitcə çıxmışlar.
3. Brazliyanın Mərkəzi bankı, 2005-ci il.
Bu hadisədə 69 mln. dollar oğurlanmışdır. Oğurluq lağım vasitəsi ilə həyata keçirilmişdir. Beləki, soyğunçular bankın yaxınlığında yerləşən evi kirayələmiş və tunel qazmağa başlamışlar. Bu oğrular əsl peşəkar hesab oluna bilər, çünki tuneldə havalandırma və işıqlandırma sistemi qurmağı da unutmamışlar.
4. İngiltərə bankı, 2006-cı il.
Polis geyimində olan iki nəfər tədbirli cinayətkar bankın menecerinin avtomobilini saxlayaraq, ona onun ailəsinin qaçırıldığını və girov qismində saxlanıldığını xəbər verirlər. Təbii ki, əlacsız qalan menecer onların banka daxil olmasına və 92 mln. dolların oğurlanmasına yardım edir.
5. Banco Andolucia, İspaniya, 1982-ci il.
İki gənc oğlan və bir xanımdan ibarət soyğunçu qrup tarixdə ən maraqlı oğurluqlarından birini həyata keçiriblər. Beləki, oğrular Marbella şəhərinin otelində otaq tuturlar, hansı ki, bu otağın divarı bankın xəzinəsinin divarı ilə ortaq olmuşdur. Sizcə onlar nə etdilər? Sadəcə divarı yararaq 15 mln. dollar oğurladılar.