“Tarixin ən gözəl intiharı” adı verilən intihar hadisəsi 1947-ci il 1 may tarixində baş vermişdir. 24 yaşlı gənc və gözəl xanım Evelyn McHale Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar etmişdir. Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşüb ölmüşdür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert C. Wiles tərəfindən bu hadisə lentə alınmışdır.

Bu hadisə ona görə tarixin ən gözəl intiharı adını qazanır ki, hadisənin şahidi olmuş insanların dediklərinə görə intihar etmiş bu gözəl qadın, özünü 83-cü mərtəbdən düşmüş insan əvəzinə avtomobilin üzərində sakitcə uzanıb yatmış qız təsiri bağışlayır. Sizə həmin şəkli təqdim edirik. Bu fotonun rənglənmiş versiyasıdır.


Evelyn McHale, colored photo.

Maraqlı fakt: Empire State göydələni tikildiyi müddətdən yəni, 1931-ci ildən bəri 36 insan özünü bu binanın 17-ci – 86-cı mərtəbələrindən atmışdır. Evelyn-in intiharı həmin binada baş vermiş 12-ci intihar sayılır. O üç həftə ərzində baş vermiş 5-ci intihar hadisəsi idi. Daha sonra göydələnin balkonlarının ətrafı hündürləşdirildi, sədd çəkildi, ancaq insanlar özlərini ofis pəncələrindən atmağa davam edirdilər.