XIV-XVIII əsrlərdə taun, çiçək və vəba epidemiyaları insanların kütləvi tələfatına səbəb olurdu.Təkcə XIV əsrdə taun epidemiyasından 25 milyon adam ölmüşdür. Bokkaçonun “Dekameron” adlı əsərində taun epidemiyasının törətdiyi fəlakət ətrafında təsvir olunur. Bəzi dövlətlərdə taun,çiçək və vəba xəstəliyinin adı vahiməli olduğu üçün adlarını çəkənlər də cərimə edilirdi.
Dənizsuyunu süzüb içmək olarmı?
Bəli olar. Belə bir parçanı C.M.Kirov adına Leninqrad toxuculuq instutunun əməkdaşları yaratmışlar. Onlar suda həll edilmiş müxtəlif maddələri cüzi miqdarını tuta bilən gözəl bir material hazırlamışlar. Bu lifdən toxunmuş parçaların köməyi ilə təmizləmək və çox zəif məhlullardan qiymətli maddələr almaq olar. Həmin institutda başqa bir sehrli parçada yaradılmışdır. Mikrobları məhv etmək xassəsi olan bu parçadan yeyinti sənayesi işçiləri və uşaq müəssələrinin işçiləri üçün paltar tikmək olar. Bu parçadan içməli suyu təmizləmək üçündə istifadə edilir.
Mirvari
200-250 ildən sonra toza çevrilir. 450 karat (90 qr) ağırlığında olan ən böyük mirvari Londonda Kral muzeyində saxlanılır;
Kitab
Ən böyük kitab 17-ci əsrdə nəşr olunmuş və Berlin dövlət kitabxanasında saxlanılan, coğrafiya atlası sayılır. Bu böyük cildin hündürlüyü 2 m eni 1 m.dir. Dünyada ən bahalı kitab isə, Amerika muzeylərinin birindən 200 min dollara alınan TÖVRATDIR
Zəffol yağı
Elə bir adam tapılmaz ki, yağda qızardılmış kartofu sevməsin, lakin kartofu qızartmaq üçün işlədilən yağ qara ciyər və mədə xəstəlikləri olan adamlara pis təsir edir. Elə buna görə də Hollandiya mütəxəssisləri kartofu yağsız qızartmaq üçün vasitə tapmışlar. Soyanın tərkibindəki bəzi maddələrdən hazırlanmış süni yağ “zəffol” adlanır. Zəffol yağı ilə kartofdan başqa ət və tərəvəz də qızartmaq olur.
Penisillin
Bir dəfə ingilis alimi Aleksandr Fleminq termostatdan stafilokokk əkilmiş fincanı çıxartdıqda görmüşdü ki, əkdiyi mikroblar ərimiş, yetişməmişdir. Əksinə fincanı kif basmışdır (göbələklər yetişmişdir). Fleminq bunu öyrənərək müəyyən etmişdi ki, bu penisillin növünə aid göbələkdir. Bu cür göbələklər mikroblara təsir edən maddə ifraz edir ki,bu da penisillin adlanır.
Əlifba
Ən qədim əlifba Suriyanın Aralıq dənizi sahilindəki Lattakiya limanı yaxınlığında aparılmış qazıntı zamanı tapılmışdı. Həmin əlifba 32 hərifdən ibarətdir.
Elektron hesablayıcı maşın
A.B. Vişnevski adına Cərrahiyyə İnstitutunda elektron hesablayıcı maşın 200 xəstədə anadangəlmə ürək çatışmazlığı olduğunu müəyyən etmişdir. Bu faktın 90% -i düz çıxmışdır. Bəzi hallarda maşının irəli sürdüyü fikirlə həkimlərin fikri bir-birindən fərqlənmiş, lakin cərrəhiyyə zamanı maşının verdiyi diaqnozun düz olduğu təsdiq edilmişdir.
Tunel
İlk yeraltı tunel 1 km uzunluğunda olmuş və 4 min il bundan əvvəl İraqda Fərat çayının altından salınmışdır.