Bir dövləti idarə etməyin gətirdiyi məsuliyyət və stressi təxmin etmək hardasa mümkündür. Hökmdarların bir az dəli olması da təəccüblü hal deyil. Aşağıdakı hökmdarlar haqqında oxuyun. Daha sonra hansının daha çılğın olduğuna özünüz qərar verin! 🤔
Caligula: Aramızdakı Tanrı
Həqiqi adı Gaius Julius Caesar Augustus Germanicu olan Roma imperatoru, Sezardır. Hamı onu qəribəliyi, əxlaqsızlığı və qəddarlığı ilə tanıyırdı. Öz dövründəki kişiləri sadəcə ürəyi istəyir deyə öldürüb, onların yoldaşları ilə birlikdə olurdu. Bunun xaricində, özünü Tanrı olaraq tanıtmışdır və özünə ibadət edilməsini istəmişdir. Bu qədər şey bəs deyilmiş kimi lazımsız xərcləmələrlə, dövlət iqtisadiyyatına ciddi zərər vurmuşdur.
Kastiliya Joanna: Xəyanətə uğrayan kraliça
Kraliçanın çox özəl və ehtiraslı sevgisi filmlərə də mövzu olmuşdur. Sevgisi səbəbiylə həyat yoldaşının ölümünə səbəb olmuşdur. Joanna, ərinə qarşı çox depressiv və çox qısqanc idi. Daha sonra yaraşıqlı əri ondan ayrılır. Bu səbəblə, Joanna özünü bir otağa kilidləyir və özünə xəsarətlər yetirməyə başlayır. Bir gün yoldaşı Philipin başqa bir qadınla birlikdə olduğunu öyrənir. Joanna o qadını tapır və saçlarını qayçı ilə kəsir. Sonra qayçını qadının üzünə batıraraq öldürür. Yoldaşı Philip bu hadisəndən sonra tifo xəstəliyinə tutulur və ölür. Joanna yoldaşı öldükdən sonra onun cansız bədənini məzardan çıxardıb öpürdü.
Bavyera kralı II Ludwig: Xəyalpərəst
Çox yaraşıqlı olan bu kral, tez-tez kənd ərazilərini ziyarət edirdi. Paltarlarını dəyişdirərək xalqın arasına qatılırdı. Həmçinin insanlara hədiyyələr verirdi. Ölkə üçün tam olaraq romantik bir qəhrəman idi, amma onu yaxından tanıyanlar, iç dünyasının qaranlıq olduğunu deyirdilər. Kral üstün xəyal gücü sayəsində “Neuschwanstein” qalasını düzəltdirdi. Bu qala “Disneyland”dəki qalaların ilham mənbəyi oldu. Eyni zamanda loqoda da yerini aldı.
Qorxunc İvan: Dəli Çar
Qorxunc adını alan İvan, Rusiyanın IV İvanı idi. Qorxunc olaraq adlandırılmasının səbəbləri var. Aqressiyası səbəbi ilə kontrol edilə bilməyən paranoyası var idi. Dərman təsiri verdiyini düşünərək civə istifadə edirdi. Bir dəfə bu qəzəbi səbəbi ilə oğlunu öldürdüyü düşünülür. Hətta bununla əlaqəli rəsm tablosu belə var, amma bu məlumatın doğruluğu hələ də dəqiq deyil.
Kral Herold
Böyük Herold, Yəhudi tarixindəki ən önəmli xarakterlərdən biri idi. Eyni zamanda da ən qəddarlardan idi. Hz. İsanın doğumundan sonra bütün yeni doğulan uşaqların qətl edilməsini əmr etmişdir. Vəziyyət getdikcə pisləşdiyi zaman ailəsi narahat olduğu üçün ailəsini də edam elətdirmişdir. Bütün bunlarla birlikdə Qüds məbədini də o tikdirib.