41 yaşında ikən o, xərçəng xəstəliyinə qalib gəldi. 18 il ərzində övladını tək böyütdü. Bütün bunlar onu sındırmadı. O, 45 yaşında həyatının insanını tapdı, karyera qurdu, prestijli mükafatların laureatı oldu və həyatın ona verdiyi 50 dərsi hər kəslə paylaşdı. Amerikalı jurnalist, “Tanrı heç vaxt gözünü qırpmır” kitabının müəllifi Regina Brettin həyatdan aldığı dərslər bunlardır:
- Həyat ədalətsiz olsa da, gözəldir.
- Tərəddüd edirsənsə, bir addım da irəli get.
- Həyat nifrət etmək üçün çox qısadır.
- Sən xəstə olan zaman, işin sənin qayğını çəkməyəcək. Bunu sənin dostların və valideynlərin edəcək. Onlarla münasibətini qoru.
- Hər ay kredit borclarını ödə.
- Hər bir mübahisədə doğru olmaq mütləq deyil. Razılaş və ya razılaşma.
- Kiminləsə ağla. Bu təklikdə ağlamaqdan daha yaxşı təsir göstərir.
- Tanrıya qəzəblənmək olar. O, səni anlayır.
- İlk maaşından təqaüd üçün yığ.
- Mövzu şokolada gəlincə, müqavimət göstərmək mənasızdır.
- Gələcəyini korlamaması üçün keçmişinlə barış.
- Uşaqların yanında ağlamaq olar.
- Həyatını başqa insanların həyatı ilə müqayisə etmə. Onların əslində nə yaşadığını təsəvvür belə edə bilməzsən.
- Münasibətin məxfi saxlanmağı gərəkdirsə, bu münasibətdə iştirak etmə.
- Hər şey bir göz qırpında dəyişilə bilər. Və narahat olma: tanrı heç vaxt gözünü qırpmır.
- Dərin bir nəfəs al. Bu, düşüncələri sakitləşdirir.
- Faydalı, gözəl və əyləncəli olmayan hər şeydən özünü azad et.
- Səni öldürməyən, səni daha güclü edir.
- Heç vaxt xoşbəxt uşaqlıq yaşamaq üçün gec deyil. Lakin ikinci uşaqlığın yalnız səndən asılıdır..
- Həqiqətən sevdiyin işlə məşğul olmaq fürsəti əldə etdiyin zaman, ondan imtina etmə.
- Şamları yandır, keyfiyyətli mələfələrdən istifadə et, gözəl alt paltarları geyin. Heç nəyi xüsusi anlar üçün saxlama. Xüsusi an – bugündür.
- Artıqlaması ilə hazır ol. Sonra isə nə olur olsun.
- Qeyr-adi ol. Əlvan-qırmızı geyimlər geyinmək üçün yaşlanmağını gözləmə.
- Seksdə ən vacib orqan – beyindir.
- Xoşbəxtliyin üçün səndən başqa heç kəs məsuliyət daşımır.
- Hər fəlakət zamanı sual ver: 5 il sonra da bu mühüm olacaq?
- Hər zaman həyatı seç.
- Hər kəsə hər şeyi bağışla.
- Başqalarının sənin haqqında nə düşündüyü səni narahat etməməlidir.
- Zaman hər şeyin dərmanıdır. Zamana zaman ver.
- Vəziyyətin yaxşı və ya pis olmağı mühüm deyil – o dəyişəcək.
- Özünü ciddi qəbul etmə. Bunu heç kəs etmir.
- Möcüzələrə inan.
- Tanrı, Tanrı olduğu üçün səni sevir. Sənin nələrisə etdiyin üçün və ya nələrisə etmədiyin üçün deyil.
- Həyatı öyrənməyə ehtiyac yoxdur. Sən həyata gəlirsən, və çatdırdığın qədərini edirsən.
- Yaşlanmaq, gənc ölməkdən daha yaxşı alternativdir.
- Övladlarının yalnız bir gələcəyi var.
- Sonda mühüm olan tək şey – sevgini dadmış olmağındır.
- Hər gün gəzintiyə çıx. Möcüzələr hər yerdə baş verir.
- Problemlərinizi toplayıb başqa insanların problemləri ilə yan-yana qoyub, müqayisə etsək, dərhal öz problemlərimizi geri götürərik.
- Paxıllıq – vaxt itkisidir. Sənə lazım olan hər şey səndə var.
- Lakin qabaqda səni daha gözəl şeylər gözləyir.
- Necə hiss etdiyindən asılı olmayaraq, ayağa qalx, geyin və insanların arasına çıx.
- Güzəştə get.
- Həyat bant ilə bağlı olmasa da, hədiyyədir.
- Yazar yazır. Yazar olmaq istəyirsənsə, yaz.
- Xahiş etməsən, heç nə əldə etməzsən.
- Öz halına yanmaq üçün həyat qısadır. İşlərinlə məşğul ol – yaşa. Ya da öl.
- Psalmlar oxu. Onlar mövcud olan bütün insani hisslərlə doludur.
- Bu günə möhkəm tutunaraq, hər şeyin öhdəsindən gəlmək olar.