Məlumata görə yüksək təzyiq, ürək xəstəliyi ilə bərabər iflicə olan riski də artıra bilər.Bunu önləmənin təsirli yollarından biri düzgün qidalanmadırsa, digəri bir yolu isə müxtəlif idman məşqləri ilə məşğul olmaqdır. Yüksək təzyiq zamanı lazımi proseduraları gözləməklə, yerinə yetirilən məşqlər sayəsində təzyiq dərmanlarının effektiv təsirinə nail olmaq olar.
Xoşladığınız idman məşqləri ilə həftə boyu gün ərzində 30 dəqiqə məşğul olmaq kifayətdir. Həmçinin ürəyə faydası olan velosiped sürmə, ev işləri, bağçılıq, şopinq və s. işlərin də günlük yaşamda sağlamlığa müsbət təsiri vardır. Daha aktiv yaşamaq üçün gimnastika ilə məşğul olub, müxtəlif gimnastika salonlarında proqramlı bir şəkildə təzyiq probleminin həlli üçün işlər görmək olar.