Yəqin ki, əksəriyyətiniz təyyarə ilə səfər etmisiniz. Bu postda bilet qiymətinə daxil olan, təyyarədə pulsuz istifadə edə biləcəyiniz 10 fürsət haqqında məlumat əldə edəcəksiniz. 🙂
Sizin komfortunuz üçün aksessuarlar. Məsələn, corab, diş pastası, sabun və əl kremi.
Xüsusi menyu. Əgər siz bileti uçuşdan 24 saat əvvəl almısınızsa, bir çox uçuş şirkətləri sizə xüsusi menyu təklif edəcək və buna gör əlavə heç bir məbləğ ödəməli olmursunuz.
Qəlyanaltı və kola. Əgər siz səyahət zamanı kola, çips, yer fıstığı istəsəniz bunlar sizə ödənişsiz təqdim olunacaq. Təəssüf ki, bu şans bütün reyslərdə yoxdur, siz nəzakətli şəkildə həmin təyyarədə belə bir imkanın olub olmadığını soruşa bilərsiniz.
İsti şokolad. Kofe, su və çay uçuş zamanı ən məşhur içkilərdir. Bir çox şirkətlər sərnişinlərinə əlavə olaraq pulsuz isti şokolad və digər isti içkilər də təklif edir.
Əlavə yemək. Uçuş zamanı aldığınız biletə təyyarədə yemək daxildir. Əgər acsınızsa, ikinci yeməyi də istəyə bilərsiniz, buna görə çəkinməyin.
Sadə dərmanlar və sarğılar. Bütün təyyarə şirkətlərində ən vacib dərmanlar olur, ehtiyacınız olarsa ilk tibbi yardımı belə göstərə bilərlər.
Uşaqlar üçün oturacaqlar. Bu gün uşaqlarla səyahət asandır. Uşaqlar uçuş boyu balaca boylu oturacaqlardan pulsuz istifadə edə bilərlər. Siz uşağınızı bir neçə dəqiqəlik stüardessalara təhvil verə bilərsiniz.
Əyləncə. Siz təyyarə ilə səyahət zamanı qəzet və jurnallar oxuya bilərsiniz. Eyni zamanda burada radio dinləmək və monitorda film izləmək şansınız da var.
Kokpit turu. Bəzi şirkətlər sərnişinlərin təyyarəyə olan aşırı marağını nəzərə alır və sərnişinlər üçün kokpit-ə daxil olmaq üçün şans yaradır. Salonda bu haqda məlumat verilməyəcək, ancaq siz nəzakətli şəkildə səyahət etdiyiniz şirkət təyyarəsində bu imkanın olub-olmadığını soruşa bilərsiniz.
Sizə xoş səyahətlər və rahat uçuşlar arzulayırıq!
Təyyarədə yaşadığınız maraqlı hadisələri bizimlə paylaşa bilərsiniz. 🙂