Yayın gəlməsi ilə insanlarda tərləmə problemi ortaya çıxır. Bununla əlaqədar olaraq “Azərbaycan həkimləri”nin bəzi məsləhətlərini diqqətinizə çatdırırıq.
Ovuclar tərləyirsə:
а) Ovucları palıd qabığı, şalfey yarpağı və ya yaşıl çay dəmləməsi ilə silin.
b) 5:1 nisbətində araqla limon sokunu qarışdırın. Əllərinizi yuyandan sonra onunla silin.
c) 3 ç.q.sirkə və ya duzu 1 l. suda həll edin. 5 dəqiqəlik vannalar edin.
Qoltuq tərləyirsə:
10 qr palıd qabığını yaxşıca xırdalayın, 1 stəkan soyuq su əlavə edin, 15-20 dəq. qaynadın, soyudun və süzün. ½ stəkan araq, ¼ stəkan sirkə və 10 qr kvas əlavə edin qarışdırın. Hər gün silin.
Ayaq tərləyirsə:
Uşaq talkı və ya bor turşusu istifadə edin. Həm də limon turşusu və ya sirkə ilə də silə bilərsiniz.