Almaniyanın Erlangen Universitetində Tibb Psixologiyasının üzvü və araşdırmacısı Siegfried Lehrin araşdırmalarına görə fəaliyyət göstərməyən və tənbəl – tənbəl vaxt keçirən insanların zəka gücü azalmaqdadır. Buna qarşılıq isə bir şey üzərində fəaliyyət göstərmə zəkanın aktivliyinə müsbət təsir göstərir .
Psixoloq Lehr saqqız çeynəmənin belə zehni fəaliyyəti inkişaf etdirdiyini deyir . Dərsdə qulaq asan tələbələri misal göstərən Siegfried Lehr , saqqız çiynəmə zamanı beyinə daha çox oksigen getdiyini və nəticədə saqqız çiynəyən tələbələrin zehninin daha açıq olduğunu söyləyir. Qələmlə oynamaq və hətta toxumaq kimi kiçik hərəkətlər bu barədə əhəmiyyətli sayılır.
Zehnin açıq qalması üçün hərəkətliliyi tövsiyyə edən Lehr , diqqətin zəifləməməsi üçün tez-tez bir şeylər içmək və yeməyi məsləhət görür. Lehr adətən stess altında yaşayan insanların beyinlərinin ən gec 40 yaşından sonra gerilədiyini deyir.