2-ci Dünya Müharibəsi qazisi Norwood Thomas bu gün 93 yaşındadır. Şübhəsiz ki, müharibəyə qatılmaq onda həyatı boyu sağalması mümkün olmayan çətin psixoloji yaralar buraxmışdır, amma o yaralarım yəqin ki, ən böyüyü, bir eşq acısı olmuşdur.
Thomas, müharibə əsnasında Normandiya’ya paraşütlə tullanan əsgərlərdən biri imiş… Bu vəzifədən əvvəl isə, İngiltərədə, Thames çayı sahilində bir qadınla tanış olmuşdu. Həmin xanımın adı Joyce Durant idi.
Tomas və Durant bir-birlərinə aşiq olmuşdular.
Tomas 70 il sonra Durant’ın gəncliyini “kiçik, şirin bir şey idi” sözləri ilə ifadə edir.
Dediyinə görə qulaqlarında hələ də o qadının qəhqəhəsi var… Hətta Joyce’un 70 il əvvəlki məktub ünvanını belə hələ də əzbərdən söyləyə bilir.
Amma hekayənin davamı olduqca kədərlidir. Müharibə və yaşadıqları yerlər bu iki gənc aşiqi bir-birlərindən çox uzaqlara aparmışdır.
Thomas, Şimali Carolina’ya köçmüş və “Yaxşı bir qadın idi” dediyi həyat yoldaşıyla evlənmişdi.
Həyat yoldaşı, müharibədən sonrakı yaralarını müalicə etməsində Tomasa çox kömək etmiş, amma Thomas “Ya Joyce’a qovuşa bilsəydim, həyatım necə olardı?” sualını heç cür ağlından çıxara bilməmişdir.
Joyce Durant da eyni şəkildə… Evlənmiş və adı Joyce Morris olmuşdur. Avstraliyaya köçüb və 70 il boyunca hər gün, Tomasın şəkilinə baxıb “Günaydın” demişdi. Joyce bir gün kompüterini təmir edən oğlundan “O şeydə birilərini tapa bilərikmi?” deyə soruşmuşdur. Oğlu isə bir neçə Google axtarışı və Skype ilə 70 illik aşiqləri görüşdürməyi bacarmışdır. Ən azından internet üzərindən…