Tək başına ağıl insanı təbiilikdən uzaqlaşdırıb mənasız, süni bir həyat həbsxanası meydana gətirəbilər. Yalnız ‘ağılına’ dəyər verən və inanclarından qaynaqlanan dəyərlərini, bu dəyərlərdən qaynaqlanan duyğularını görməməzlikdən gələn, laqeydlik edən, hətta inkar edən bir çox insanın balanssız, böhranlı, mənasız həyatları olduğunu görürük. Bu cür həyatlar yalnız bir adamın həyatını mənasızlaşdırmır. Ailələrin, şirkətlərin, cəmiyyətlərin həyatlarını da mənasızlaşdırıb, böhrana aparır. Son on ildə Amerika, və Avropa da yaşanan iqtisadi böhranların təməlində, öz fərdi mənfəətindən başqa heç bir dəyəri hesaba qatmayan ‘ağıllı insanlar’ olduğunu düşünürəm.
Tək başına inanc da təhlükəlidir. Ağlı hesaba almayan, ağılın süzgəcindən keçirilməyi rədd edən bir inanc sisteminin böhranlı və təhlükəli bir həbsxana olduğunu düşünürəm. İnsan olmanın təbii parçası olan soruşma, sorğulama, müqayisə, şübhə etmə, araşdırma bacarıqlarını kütləşdirməyə çalışan bir tutum təməli olan kor inanc sistemi sağlam və inkişaf etdirici olabilməz. Kor inanc sağlam dəyərlərin qaynağı olabilməz. Ağlı inkar edən bir inanc sistemi orta əsrlərdə görülən fanatik insan və cəmiyyətlər çıxarar. Fanatik insan və fanatik cəmiyyətlərin ən diqqətə çarpan xüsusiyyəti hirsli və eqoist olmalarıdır. Bu şəxslər çox təcavüzkar olur. Özlərindən fərqli olan hər kəsə hücum və yox etməyə hazırdırlar. Düşünənlərə və özlərindən fərqli inanca sahib olanlara qarşı kinlidirlər.
Ağlını və inancını öz daxili dünyasında ‘söhbət içinə alan’ insan inkişaf edər, yetkinləşər, ‘insanlaşar’ və azad olar. İnsanın ‘içindəki söhbətə’ icazə verməsi inkişaf edən insan olmaq üçün ön şərtdir. Bu daxili söhbətə icazə verən ailədən sağlam, mehriban, yaradıcı, azad uşaq yetişər. Bu cür söhbətlərin yer aldığı ailələr nə qədər çoxalarsa o cəmiyyət o qədər insanca yaşanacaq bir cəmiyyət halına gələr. Çünki ağlın süzgəcindən keçmiş inanclardan qaynaqlı dəyərlər bu cəmiyyətin ailə həyatının və iş həyatının təməllərini meydana gətirər.