İtlərin xasiyyəti nədən asılıdır: onun cinsindən, yoxsa tərbiyyəsindən? Əslində bütün itləri tərbiyyə etmək olar, lakin bəzi cins itlərin aqressiyası gözlənilmədən özünü pis formada göstərə bilər. İtlərin əhilləşdirilməsi üzrə dünyaca məşhur mütəxəsis Sesar Milan ağıllı və sözəbaxan pitbula malikdir (pitbul kifayət qədər təhlükəli və aqressiyaya malik cins itidir). Sesar öz təcrübəsindən yararlanaraq söyləyə bilir ki, bütün itlər insanların dostlarıdır və onlarla düzgün rəftar olunarsa itlər təhlükə mənbəyi ola bilməz. Buna baxmayaraq itlərin aqressiyası vaxtaşırı insanların ölümünə səbəb olmuşdur.

Siyahımızda ən təhlükəli aqressiyaya malik it cinslərini sıralamışıq:

 

http://imageshack.com/a/img673/1384/MNi587.jpg

Pitbul

 Müasir dövrümüzdə pitbul ən təhlükəli və aqressiv cins it hesab olunur. Təkcə bu il pitbul 22 ölüm hadisəsinə cavabdehlik daşıyır. Bəzi ölkələrdə bu itin saxlanılması qadağandır. Araşdırmalar gösstərmişdir ki, pitbulun insana hücumu 96% hallarda əsassız olur. Yəni, bu itin qurbanı olmaq üçün onu qıcıqlandırmaq o qədər də vacib deyil. Pitbulun heç bir əsassız sizdən xoşu gəlməyə bilər.


http://imageshack.com/a/img540/4576/NIz5h5.jpg

Rotveyler

Rotveyler. Xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzin verdiyi məlumata əsasən 1993-1996-cı illərdə itlərin hücumu nəticəsində baş vermiş ölümlərin yarısına bu cins cavabdehdir. Rotveylerin dözümlülüyü və gücü bu cinsdən olan itləri daha da təhlükəli edir. Rotveyler dişləməsinin gücü 1180-1460 N-a çatır.


http://imageshack.com/a/img909/7913/qgUgOD.jpg

Doberman

Əvvəllər dobermanlar polis xidmətində geniş istifadə olunurdu. Dobermanlar yad insanlara qarşı aqressiv ola bilər, lakin öz ailəsinə heç vaxt aqressiya nümayiş etdirmir. Baxmayaraq ki, son illərdə bu itlərin reputasiyası yaxşılaşıb, dobermanın gücü və ölçüləri insan üçün potensial təhlükə yaradır.


http://imageshack.com/a/img538/2369/0h1FcI.jpg

Doq

 Doqu düzgün tərbiyyə edib öyrətsən, o, dünyanın ən mərhəmətli və nəzakətli itinə çevrilər. Düzgün olmayan yanaşma isə bu itləri çox qıcıqlandırır. Doq təkcə aqressiyası ilə deyil, həm də böyük ölçüləri ilə təhlükə yarada bilər: boyu 86 sm, çəki 90 kq. Doq tərəfindən qeydə alınmış ən son ölüm hadisəsi 2003-cü ildə Cənubi Karolinada baş vermişdir. Beləki, doq cinsli it 2 yaşlı kiçik qıza hücum edərək onun ölümcül vəziyyətə salmışdır.


http://imageshack.com/a/img674/7844/bOJdPp.jpg

Bulmastif

 Bu itlər iri və bir az qorxunc cins itlərə aid edilir. Bulmastifin cin erkəkləri 60 kq çəkiyə malik olurlar. Buna görə də küçüklərin tərbiyyəsi olduqca vacibdir, çünki aqressiv xarakterə malik cins it, həm də iri və çox güclüdür. Əvvəllər bulmastif yalnız mühafizə iti kimi istifadə olunurdu. Bu il bulmastif 13 yaşlı oğlanı parçalayaraq amansızcasına öldürmüşdür.


http://imageshack.com/a/img661/2605/8cjLOT.jpg

Canavarların hibridi

 İtlər canavarların əcdadlarıdır. Bununla belə, müasir dövrümüzdə hələ də canavarla itlərin hibridi olan cins itlər yetişdirilir. Həmin itlər qorxunc və gözlənilməz hərəkətləri ilə xarakterizə olunduğu üçün bəzi ölkələrdə onların saxlanılması qadağandır. Canavar və itlərin hibridi sayılan cins itlər 1979 və 1998-ci illər arasında 14 ölüm hadisəsinə günahkar olmuşdur.


http://imageshack.com/a/img913/3222/xKfUOK.jpg

Boksyor

 Boksyorlar – ov itlərinin əcdadları olaraq Birinci Dünya Müharibəsi illərində mühafizə itlərinin rolunu yerinə yetirirdilər. Boksyorlar özlərinin güclü çənə nahiyyəsi və dişləmə gücü ilə məşhurdular. Bu itlər yüksək ifadə olunmuş müdafiə instinktinə malikdirlər. Bütün müsbət cəhətlərinə baxmayaraq bu itlər kifayət qədər inadkar olurlar. Boksyor tərəfindən ölümlə nəticələnən sonuncu ölüm hadisəsi 2013-cü ildə Arizona ştatında qeydə alınmışdır. Hadisənin qurbanı dalaşan itləri ayırmaq istəyən kişi olmuşdur.


http://imageshack.com/a/img904/4223/yDeb4s.jpg

Haski

Haski malamut kimi nəqliyyat iti hesab olunur. Bu enerjili itlər daha çox işlək heyvanlara aid edilir nəinki sosial cəhətdən aktiv. 1979-1998-ci illər arasında təkcə Şimali Amerikada sibir haskisi 15 insanın ölümünə səbəb olmuşdur.


http://imageshack.com/a/img910/6707/1hpLvp.jpg

Alman ovçarkası

 Bu itlərin dişləmə gücü 1060 N-a çata bilir. Bəzi araşdırmalar əsasən demək olar ki, bu itlər özlərindən kiçik itlərə hücum etməyə meyllidirlər. Keçən il bu cins it ABŞ-da 35 yaşlı qadına hücum edərək onun ölümünə səbəb olmuşdur. Müasir dövrmüzdə bu itlər polis xidmətində geniş istifadə olunur.


http://imageshack.com/a/img911/4037/VxNr3R.jpg

Malamut

Texas universitetinin araşdırmalarına əsasən malamut ABŞ-da 1966-1980-ci illər arasında 5 ölüm hadisəsinə cavabdehdir. Bu itlər əsasən nəqliyyat heyvanları kimi istifadə olunaraq Alyaskanın hörmətli heyvanları hesab olunur. Malamuta məxsus xüsusiyyətlərdən biri – kiçik heyvanlara qarşı olan ov hərisliyidir.