İstiləşən havayla birlikdə yeni bir problem qarşımıza çıxır. Bu problemin adı ayaq qoxusudur. Bir yerə qonaq getdiyiniz zaman ayaqqabılarınızı çıxardıqdan sonra ortalığı elə bir qoxu bürüyür ki, bu qoxunun qaynağını axtarırsınız və görürsünüz ki, qoxunun qaynağı sizsiniz. Bu qoxu sizi sıxır və narahat edir elə deyilmi? Elə isə buyurun sizə bu qoxunun səbəbləri və həlli yolları.
Ayaq qoxusunun yaranma səbəbləri:
Ayaq qoxusunun meydana gəlməsində tər, corab və ayaqqabının təsiri çoxdur. Bu 3 faktor birləşdikdə ayaqda bakteriya meydana gəlməsinə səbəb olur. Bundan başqa, bəzi qidalar da ayaq qoxusunun yaranmasına səbəb ola bilər, məsələn, qəhvə, ədviyyatlar, pivə, soğan və quşqonmaz siyahıda ön yerlərdən birini tuturlar.
Ayaq qoxusununun bitki mənşəli müalicəsi:
Bir ləyənin içinə isti su tökün, suyun səviyyəsinin topuq səviyyəsində olmasına diqqət edin. Suyun içinə 4, ya da 5 paket çay atın. Su ilıqlaşana qədər gözləyin, sonra ayaqlarınızı ləyənin içinə salın. Çay içində saxladığı tanin maddəsi sayəsində ayaqdakı bakteriyaların ölməsinə və məsamələrin kiçilməsinə səbəb olur. Məsamələrin kiçilməsi ilə birlikdə tər vəzləri daha az aktiv hala gəlir. Bunu bir həftə boyunca ara vermədən tətbiq etsəniz, ayaq qoxusundan qurtula bilərsiniz.
Digər məsləhətlər
“Ayaqlar sağlamlığın aynasıdır”. Ayaq sağlamlığına diqqət yetirmək lazımdır. Dəri ayaqqabı və pambıq corab geyinin. Həmçinin, ədviyyatlı yeməklərdən uzaq dayanmaq lazımdır.
* Xına və sirkə suda qaynadılır. Əldə edilən su ilə ayaqlar yuyulur.
* Adaçayı rəndələnilmiş kök ilə birlikdə suda qaynadılır. Süzülərək əldə edilən su ilə müalicə müddəti boyunca ayaqlar yuyulur.
* Qayın ağacının yarpaqları qurudulduqdan sonra parçalanmadan qaynadılır. Süzülərək əldə edilən maye ilə yatmazdan əvvəl ayaqlar yuyulur.
* Ayaqları ilıq çay vannasında 10 dəqiqə saxlamaq da kömək edir. 10 gün içində ayaq qoxusunun itdiyini görəcəksiniz.
* 1 stəkan suyu qaynadaraq 4,5 qr atquyruğu bitkisini qaynamış suya əlavə edib gözləyin. Su ilıq olanda ayaqlarınızı yuyun. Bunu 2-3 gündən bir təkrarlayın.